"AzərMaş" ASC-nin İdarə Heyətinin sədri Emin Axundovu və yaxınlarını öldürməklə hədələyərək ondan 100 min manat tələb ediblər.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, E.Axundovu əvvəldən tanıdığı, lakin yaxın münasibəti olmadığı Əhməd Əhmədov adlı şəxs şantaj edib.
İttihama görə, Ə.Əhmədov E.Axundova bir neçə dəfə SMS göndərib, 100 min manat verməyəcəyi halda onun özünə, ailəsinə zor tətbiq edəcəyini, öldürəcəyini deyib və hədələyib ki, evlərini əl qumbarası ilə partladacaq. Əhmədin hədə-qorxu dolu mesajlarından sonra Axundov ona 10 min manat verməyə razılaşıb. E.Axundov həmin pulun min manatını Əhmədin dostunun kart hesabına göndərib. Sonradan isə 9 min manatı verəcəyini deyib.
Lakin Axundov təqsirləndirilən şəxsin çoxsaylı hədə-qorxusuna tab gətirə bilməyərək Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edib.
"Bandotdel" təqsirləndirilən şəxsi xüsusi əməliyyatla elə cinayət başında yaxalayıb. Şərti olaraq Emin Axundovun sürücüsü qismində iştirak edən polis əməkdaşı Əhmədlə görüşüb, 9 min manatı ona verib. Əhməd pulu götürüb uzaqlaşmaq istəyəndə isə polis əməkdaşları onu saxlayıblar.
Əhməd ifadəsində Emin Axundovu hələ o, bankda filial müdiri işləyən vaxtdan tanıdığını bildirib. Amma dediyinə görə, hədə-qorxu gəlməyə onu Axundovun qardaşının hərəkətləri məcbur edib.
Əhməd ifadəsində Emin Axundovun qardaşı Eldar Axundovun bağ evində işlədiyini, onun itlərini yemlədiyini bildirib. Bundan əlavə, bağ evində başqa işlər də görüb. Onun sözlərinə əsasən, Eldar onun ümumilikdə 40-50 min manat təşkil edən əziyyət haqqını verməyib. Əhməd də qardaşının borcunun əvəzini Emin Axundovdan çıxmaq qərarına gəlib. Bu səbəbdən onu hədələyərək 100 min manat tələb edib.
Emin Axundov isə ilkin ifadəsində deyib ki, Əhməd Əhmədovla nə özünün, nə qardaşının heç bir şəxsi ədavəti, yaxın iş birliyi olub.
Əhməd Əhmədova Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə-təkrar törədildikdə) maddəsi ilə yekun ittiham verilib, barəsində həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, zərərçəkmiş Emin Axundov 15 il bank sektorunda rəhbər vəzifələrdə çalışıb. Hazırda kommersiya və xüsusi təyinatlı avtomobillərin istehsalı zavodu "AzərMaş" ASC-nin İdarə Heyətinin sədridir.
Aftv.az
İdarə Heyətinin sədrini ölümlə hədələyərək 100 min tələb ediblər
Araşdırma
4, iyn, 2024
18:41
Son xəbərlər
"Sabah"ın baş məşqçisi: "Düşünürəm ki, hər kəs bizdən qələbə gözləyir"
12, okt, 2026
18:31
Azərbaycanda avtomobillər bahalaşdı: Bakı və bölgələr arasında kəskin fərq var
12, okt, 2026
18:27
15 yaşlı qız ölümündən 8 saat sonra öz dəfnində tabutda oyandı
12, okt, 2026
18:20
Pulları yazmayın: Məhkəməlik ola bilərsiniz - Foto
12, okt, 2026
18:16
Çindən Azərbaycana gətirilən 8 mindən çox baytarlıq preparatı məhv edildi - Foto
12, okt, 2026
18:12
Hərəkətdə olan sərnişin avtobusu alışıb yandı - Foto
12, okt, 2026
18:09
Məktəblərdə vahid forma: "Şagirdlər arasında sosial fərqlər aradan qaldırılır"
12, okt, 2026
18:05
Peskov Putinin ad gününü necə keçirdiyindən danışıb
11, okt, 2026
19:35
"Qarabağ" səfərdə "İmişli"yə qalib gəldi
11, okt, 2026
19:28
Sabah bəzi ərazilərdə işıq olmayacaq
11, okt, 2026
18:39
Sumqayıtda mikroavtobusla minik avtomobili toqquşdu: Xəsarət alanlar var - Foto
11, okt, 2026
17:54
Azərbaycan boksçusu Avropa çempionu oldu
11, okt, 2026
17:49
Polis qadın döş implantının çıxarılmasından sonra öldü: Faciənin TƏFƏRRÜATLARI
11, okt, 2026
17:40
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30
İranın hücumları ABŞ ordusunda ağır itkilərə səbəb oldu: 100-ə yaxın yaralı
21, iyl, 2026
08:00