Təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün saxlanıldı, narkotik qəbul etdiyi məlum oldu

Araşdırma
21, may, 2024 13:15

Göyçay Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən profilaktik tədbirlər zamanı VAZ-2115 markalı avtomobilin sürücüsü Murad Həsənli təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün ona "saxla" işarəsi verilib.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.
Bildirilib ki, sənədləri yoxlanılarkən M.Həsənlinin sürücülük hüququnun olmadığı məlum olub və narkotik vasitə qəbul etdiyinə dair şübhə yarandığından o, tibbi müayinədən keçirilib. Nəticədə sürücünün marixuana istifadə etdiyi müəyyən olunub. Həmin şəxs barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə M.Həsənli 15 sutka inzibati qaydada həbs edilib.
Aftv.az

Son xəbərlər