Qarabağda ekspedisiya aparılması üçün ayrılmış 192 min manatı mənimsəməkdə ittiham olunan tarixçi alim Səbuhi Hüseynov və arvadı Gülüstan İsayevanın məhkəməsi davam edir.
“Qafqazinfo”nun məlumatına görə, əvvəlki iclaslarda barələrində polis vasitəsilə məcburi gətirilmə qərarı çıxarılmış şahidlərdən 14-ü hələ də məhkəməyə gəlmir.
Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutan budəfəki iclas da şahidlərsiz keçirilib. Sədrlik edən hakim Azad Məcidov iclasa yenidən çağırışlarına gəlməyən şahidlərdən gileylənməklə başlayıb.
Məlumat üçün deyək ki, məhkəmədən yayınan şahidlər haqda dəfələrlə təkrar məcburi gətirilmə qərarı qəbul edilib, müxtəlif qurumlara, o cümlədən Milli Elmlər Akademiyasının vitse-prezidenti Gövhər Baxşəliyevaya məktub göndərilib.
Budəfəki iclasda prokuror və AMEA-nın nümayəndəsi olan vəkil Orxan Zeynalov gəlməyən şahidlərlə bağlı mübarizəni dayandırıb əvvəlki ifadələrini elan etməyi təklif edib.
“Heç bir işdə məhkəmə bu qədər məcburi gətirilmə qərarı qəbul etmir. Bir neçə yerə müraciət etmişik”-prokuror deyib.
Sədrlik edən hakim bir daha təkrar edib ki, məhkəmə qalan şahidlərin gətirilməsi üçün bütün vasitələrdən istifadə edir: “Bakı Şəhər Baş Polis İdarəsi, AMEA, yerli polis şöbələri - hər yerə müraciət etmişik. Şahidlər göndərirlər ki, istintaq vaxtı dediklərimizi təsdiq edirik. AMEA-nın vitse-prezidentinə də məktub yazdıq, bilərəkdən, ya bilməyərəkdən cavab vermədi. Nə edək?! Müdafiə tərəfi, siz deyin”.
Həmin 14 nəfər şahiddən biri də Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun sabiq direktoru Maisə Rəhimovadır. Təqsirləndirilən tarixçi alim əvvəlki iclaslarda demişdi ki, ekspedisiya adı ilə maaş yazılmış, amma əslində işə gəlməyən şəxslərin pulunu Maisə Rəhimovaya verib.
Bu günlərdə isə məhkəməyə məlumat daxil olub ki, M.Rəhimova insult keçirib.
“Səbuhi Hüseynov burada pulları ona verdiyini deyəndən sonra Maisə Rəhimova insult olub. Yəqin ki, mediada yazılanları oxuyub” - hakim Azad Məcidov deyib.
54 il AMEA-da çalışan tarix elmləri doktoru Maisə Rəhimova 2021-ci ildə işdən çıxarılıb. Həmin vaxt AMEA-nın prezidenti Ramiz Mehdiyev idi. O, Xalq artisti Zeynəb Xanlarovanın qudasıdır.
Təqsirləndirilən şəxslər və vəkilləri isə bütün şahidlərin hakim qarşısına çıxmasını tələb edirlər. Səbuhi Hüseynov hesab edir ki, onlara şahidlərin dedikləri əsasında ittiham veriblər, bu səbəbdən də gəlib iclaslarda da danışmalıdırlar: “Şahidlərin dedikləri böyük bir cinayətin üstünü aça bilər. Ekspedisiyada iştirak etməyən şəxslərin pulları mənimsənilib. Maisə Rəhimova isə bu cinayətin təşkilatçısıdır. O, da daxil olmaqla, əsas şahidlərdən biri olan baş mühasib Züriyyə Cəfərova da dindirilməlidir. Tanınmış tarixçi alim mühakimə edilir, şahidlər isə məhkəməyə gəlmir”.
Hakim Səbuhi Hüseynovdan olanları dürüst şəkildə danışmasını tələb edib: “Biz neçə müddət iş apardıq, siz ancaq son iclaslarda etiraf etdiniz ki, Maisə Rəhimovaya pul vermişəm. Təklif edirəm ki, hər şeyi düzgün deyəsiniz”.
Gülüstan İsayeva da şahidlərin hər birinin məhkəməyə gətirilməsini istəyir. O, bir-bir ad çəkərək kimlərin nəyə görə hakim qarşısında danışmalı olduğunu elan edib: “Şahidlər Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə sevə-sevə gediblər. Ona görə də məhkəməyə də gəlməlidirlər”.
“Sevə-sevə çətin gələrlər. Amma yenə də gətirməyə çalışacağıq”, - deyə hakim Məcidov prosesi 15 maya kimi təxirə salıb.
Qeyd edək ki, Səbuhi Hüseynov Azərbaycan Milli Elmlər Akademiyasında elmi işçi, onun həyat yoldaşı Gülüstan İsayeva isə kadrlar şöbəsinin müdiri olub. Onlar Qarabağda tədqiqat aparılması məqsədilə ayrılmış 92 min manatı mənimsəməkdə ittiham olunurlar. Təqsirləndirilən şəxslər ittihamı qəbul etmirlər.
Aftv.az
Zeynəb Xanlarovanın qudası alimin dediklərini eşidəndə insult keçirib
Araşdırma
6, may, 2024
19:58
Son xəbərlər
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30
İranın hücumları ABŞ ordusunda ağır itkilərə səbəb oldu: 100-ə yaxın yaralı
21, iyl, 2026
08:00
Türkiyədə Rusiya–Ukrayna danışıqları: Güzəşt mümkün olacaq?
20, iyl, 2026
19:50
“Qızıl top”un ikiqat qalibi Kevin Kiqan vəfat edib
20, iyl, 2026
19:30
Salyanda faciəvi qəza: İki nəfər həyatını itirdi, dörd nəfər xəsarət aldı
20, iyl, 2026
19:10
Moldovada benzin ehtiyatı tükənir: Ölkənin cəmi 18 günlük yanacağı var
20, iyl, 2026
19:00
Çayxanada müştərini bıçaqlayan şəxsə hökm oxundu
10, iyl, 2026
10:20
Samur çayının su ehtiyatları ilə bağlı yekun sənəd imzalandı – FOTO
10, iyl, 2026
10:20
İndoneziya enerji sahəsində ilkə imza atdı
10, iyl, 2026
10:10
Mbappedən tarixi uğur: 44 illik rekord qırıldı
10, iyl, 2026
10:08
Azərbaycan nefti ucuzlaşıb
10, iyl, 2026
10:00
Bakıda qadına silahlı hücum: Keçmiş əri şübhəlilər arasındadır
9, iyl, 2026
17:40
Diqqət: Bakının bəzi hissələrində qaz olmayacaq
9, iyl, 2026
17:30