Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc Tour” adlı şirkətlərin sahibi Nuridə Seyidova və iki işçisi - Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda ittiham aktı elan edilib.
İttihamda deyilir ki, Nuridə Seyidovaya məxsus sözügedən şirkətlərdən birinin ofisi Heydər Əliyev prospektindəki “Çinar Plaza”da, digəri Əhməd Rəcəbli küçəsindəki “Amara Plaza”da yerləşib.
N. Seyidova vətəndaşlardan pulları əsasən “Çinar Plaza”dakı ofisdə alıb. İş üzrə 36 nəfər zərərçəkmiş kimi tanınıb. Bunlar hər biri azyaşlı övladları talassemiyadan əziyyət çəkənlərdir. Kimisi evini satıb, kimisi gəlir yeri və satmağa heç nəyi olmadığı üçün başqalarından borclanıb.
Topladıqları bütün pulları təqsirləndirilən şəxslərə veriblər. Zərərçəkmiş şəxslər istintaqdakı ifadələrində deyiblər ki, “Urmedhelp” və “My Doc Tour Medical Tourism” şirkətləri barədə sosial şəbəkələrdən məlumat alıblar.
Saytlarındakı telefon nömrəsinə zəng vuraraq əlaqə saxlayanda Heydər Əliyev prospektindəki ofisə dəvət olunublar. Orada övladlarının xəstəlik sənədlərini təqdim ediblər, onlara övladlarının müalicəsi üçün Türkiyənin Antalya şəhərində yerləşən “Antalya Medical Park” təklif olunub.
Sonra zərərçəkənlərdən yola çıxmaq üçün başqa sənədləşmələr və pullar toplanıb. Bu proseslər əsasən 2022-ci ildə baş verib. Bəzi valideynlər xəstə övladları ilə gedərək həmin xəstəxanaya yerləşiblər. Ancaq sonradan onlara heç kimin sahib çıxmadığını görəndə geri qayıdıblar. İstintaqın sonradan zərərçəkən kimi tanıdığı vətəndaşlar işin uzandığını görəndə, vədlərin yalan olduğunu anlayanda, pullarını və sənədlərini geri tələb ediblər. Buna nail olmayanda isə hüquq-mühafizə orqanlarına şikayət ediblər. Təqsirləndirilən xanımlardan yalnız Nuridə özünü qismən təqsirli bilir, Aynur və Aysel isə özlərini günahsız hesab edir.
Maraqlısı isə budur ki, ev dustaqlığında olan Aysel özünü təqsirli bilməsə də, xeyli zərər ödəyib: “Bir tərəfdən deyirsən təqsirsizəm, digər tərəfdən nə qədər ziyan ödəmisən. İlginc...”, - prosesə sədrlik edən hakim deyib.
Təqsirləndirilən şəxslərin məsum olduqlarını demələri xəstə uşaqların valideynlərinin etirazına səbəb olub. Onlar zalda səs-küy salıblar. Hakim Azad Məcidov zərərçəkmişləri anladığını deyərək onlara müraciət edib: “İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq. Sizi anlayırıq, amma xahiş edirik, imkan verin, prosesi aparaq”.
Bundan sonra zalda susqunluq yaranıb. Növbəti iclas mayın 1-nə təyin edilib.
Qeyd edək ki, talassemiyalı xəstələrin valideynlərinin Daxili İşlər Nazirliyinə müraciətindən sonra ötən ilin fevralında cinayət işi başlanılıb. Müəyyən edilib ki, Nuridə Seyidova digərləri ilə əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 1 milyon manata yaxın dələduzluq edib. Təqsirləndirilən şəxslərdən Nuridə Seyidova həbsdədir. Digərləri haqda həbsə alternativ qətimkan tədbiri seçilib.(Qafqazinfo)
Aftv.az
“İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq” - Hakim
Araşdırma
18, apr, 2024
19:23
Son xəbərlər
"Sabah"ın baş məşqçisi: "Düşünürəm ki, hər kəs bizdən qələbə gözləyir"
12, okt, 2026
18:31
Azərbaycanda avtomobillər bahalaşdı: Bakı və bölgələr arasında kəskin fərq var
12, okt, 2026
18:27
15 yaşlı qız ölümündən 8 saat sonra öz dəfnində tabutda oyandı
12, okt, 2026
18:20
Pulları yazmayın: Məhkəməlik ola bilərsiniz - Foto
12, okt, 2026
18:16
Çindən Azərbaycana gətirilən 8 mindən çox baytarlıq preparatı məhv edildi - Foto
12, okt, 2026
18:12
Hərəkətdə olan sərnişin avtobusu alışıb yandı - Foto
12, okt, 2026
18:09
Məktəblərdə vahid forma: "Şagirdlər arasında sosial fərqlər aradan qaldırılır"
12, okt, 2026
18:05
Peskov Putinin ad gününü necə keçirdiyindən danışıb
11, okt, 2026
19:35
"Qarabağ" səfərdə "İmişli"yə qalib gəldi
11, okt, 2026
19:28
Sabah bəzi ərazilərdə işıq olmayacaq
11, okt, 2026
18:39
Sumqayıtda mikroavtobusla minik avtomobili toqquşdu: Xəsarət alanlar var - Foto
11, okt, 2026
17:54
Azərbaycan boksçusu Avropa çempionu oldu
11, okt, 2026
17:49
Polis qadın döş implantının çıxarılmasından sonra öldü: Faciənin TƏFƏRRÜATLARI
11, okt, 2026
17:40
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30
İranın hücumları ABŞ ordusunda ağır itkilərə səbəb oldu: 100-ə yaxın yaralı
21, iyl, 2026
08:00