Mobil operatorlardan birinin stansiyasından oğurluq edənlər saxlanıldı

Araşdırma
9, apr, 2024 21:04

Mobil operatorlardan birinin stansiyasından oğurluq edənlər saxlanılıblar.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, paytaxtın Nəsimi rayonunda yerləşən mobil operatorlardan birinin stansiyasından 8 ədəd şəbəkəqidalandırıcı akkumulyator, kondisioner və optik naqillər oğurlanıb. Hadisəni törətməkdə şübhəli bilinən Alik Rəhimov və Roman Babayev Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıblar.
Araşdırmalarla hər ikisinin əvvəllər də oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunduqları müəyyən edilib. A.Rəhimov və R.Babayevin digər talama cinayətlərində iştirak edib-etmədiklərinin müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir.
Aftv.az

Son xəbərlər