Bakıda “Bravo” hipermarketində baş vermiş silahlı insidentlə bağlı cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə veriblər. Şahid Əhməd Məmmədov hadisədə istifadə edilən “Opel” markalı maşının sahibi olduğunu deyib:
”Təqsirləndirilən şəxslərdən heç birini tanımıram. “Opel” maşınının sahibi olmuşam. Onu da satmaq üçün bazara çıxardım. Ruhlan adlı biri maşını aldı. Nə üçün aldığını bilmirdim. Maşını satandan 8-9 ay sonra bu hadisə olub. Hadisədən xəbərim olmayıb”.
Daha sonra iş üzrə şahid Xandadaş Cəfərov ifadə verib. O, təqsirləndirilən Dəyanət Qüdrətovun əsgər yoldaşı olduğunu deyib:
”Təqsirləndirilən şəxslərdən sadəcə, Dəyanəti tanıyıram. Əsgərlikdə bir yerdə xidmət etmişik. Yanvar ayında ikimiz də tərxis olunduq. Tərxis olunandan sonra iki dəfə görüşmüşük. Bir dəfə də mənə yazdı ki, görüşək. Mən restoranda ofisiant işləyirəm. Yazdım ki, vaxtım yoxdur. Bir dəfə də yazdı ki, rayona gedəcəyəm, sonra görüşə bilməyəcəyik. Hadisəni törədəcəyindən xəbərim olmayıb. Hadisədən sosial şəbəkələrdən xəbər tutmuşam”.
Daha sonra hakim Azad Məcidov şahidin istintaqa verdiyi ifadə ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyət olduğunu deyib. Buna görə onun istintaqa verdiyi ifadə elan edilib:
”Fevral ayında Dəyanətlə ”WhatsApp”da danışırdım. Mənə hansısa yeri partladıb pul tutacaqlarını dedi. Onunla danışanda ona qorxaq dedim. Mənə dedi ki, bilirsən nə işlə məşğulam? Hələ əsgərlikdə olanda deyirdi ki, silahlı şou olacaq. Onda bildim ki, harasa silahlı basqın edəcək. Ad günüm olduğu üçün Salyana getmişdim. Onunla yenə mesajlaşırdıq. Mənə “AKS Lancaster-03” markalı silahın şəklini atdı, qundağı açıq idi. Dedi ki, tutulmasam, sənə qəşəng ad günü keçirəcəyəm. Tutulsam, da yanıma siqaret gətirərsən. Sonra yazdı ki, bu boyda Azərbaycanda kimdir məni tapan? Sonra məni İsmayıllıya qonaq dəvət etdi. Hadisə günü mənə mesaj yazmışdı. Yazmışdı ki, məni televizorda göstərsələr, xəbər elə. Bir az keçmiş yazdı ki, məni axtarırlar, sənə nə yazmışam hamısını sil. Dedi nömrəmi və telefonumu qıracağam. Yazdı ki, gəl metronun ”Koroğlu” stansiyasına görüşək, sonra görüşə bilməyəcəyik. Mən işdə olduğuma görə getmədim”.
Hakim verdiyi ifadələrin arasında nəyə görə ziddiyyət olduğunu X.Cəfərovdan soruşub. Şahid isə hadisədən uzun zaman keçdiyini, unutduğunu deyib, istintaqa verdiyi ifadəni isə təsdiqlədiyini bildirib.
Növbəti məhkəmə prosesi şahidlərin ifadələri ilə davam edəcək. Məhkəmə prosesi aprelin 17-də davam etdiriləcək.
Xatırladaq ki, hadisə ötən il martın 4-də qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən paytaxtın Xətai rayonu ərazisində yerləşən “Bravo” hipermarketində qeydə alınıb. Edilən silahlı basqın nəticəsində xidməti vəzifəsini yerinə yetirərək orada quraşdırılmış “Unibank Kommersiya Bankı” ASC-yə məxsus bankomata pul vəsaitlərini yerləşdirən Samir Şaydayevə ağır xəsarət yetirilib. Onun mühafizəsini təşkil edən Rüfət Həşimovun isə öldürülərək, külli miqdarda pul vəsaiti ələ keçirilib.
Cinayət işi üzrə toplanmış mötəbər sübutlar əsasında 6 nəfər - bir şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında və quldurluqla əlaqədar xidməti vəzifəsini yerinə yetirən şəxsi qəsdən öldürmə, eləcə də öldürməyə cəhd etməyə görə, üç şəxs eyni əməllərinin törədilməsinə köməkliyə görə, bir şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında odlu silah hazırlamağa köməkliyə görə, bir şəxs isə bu cinayət əməlini törətməyə təhrik etməyə görə cinayət məsuliyyətinə cəlb edilib.
Belə ki, cinayəti icra etmiş Dəyanət Qudrətova Cinayət Məcəlləsinin 120.2.1, 120.2.3, 120.2.11 (qabaqcadan əlbir olan bir qrup şəxs halında və quldurluqla əlaqədar xidməti vəzifəsini yerinə yetirən şəxsi qəsdən öldürmə), 29, 120.2.1, 29, 120.2.3, 29, 120.2.7, 29, 120.2.11 (qabaqcadan əlbir olan bir qrup şəxs halında, ümumi təhlükəli üsulla və quldurluqla əlaqədar xidməti vəzifəsini yerinə yetirən iki şəxsi qəsdən öldürməyə cəhd), 181.3.2 (sağlamlığa ağır zərər vurmaqla quldurluq), 228.2.1, (qanunsuz olaraq odlu silah, onun komplekt hissələri və döyüş sursatını əldə etmə, daşıma və gəzdirmə), 229.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silah hazırlama) və digər maddələri ilə cinayət işi açılıb. Cinayətin törədilməsində köməkçilər - Azər Məmmədov, İbrahim İbrahimov və Səbuhi Qurbanova həmin məcəllənin 32.5, 120.2.1, 32.5, 120.2.3, 32.5, 120.2.11, 32.5, 29, 120.2.1, 32.5, 29, 120.2.3, 32.5, 29, 120.2.11, 32.5, 29, 120.2.7, 32.5, 181.3.2, 228.2.1, 229.2.1 və digər maddələri, cinayətin törədilməsində köməkçi - Rövşən İsmayılova həmin məcəllənin 228.2.1 və 32.5, 229.2.1-ci, cinayətin törədilməsində təhrikçi Babək İsgəndərova isə qeyd olunan məcəllənin 228.2.1 və 32.3, 229.2.1-ci maddələri ilə ittiham elan edilib.
Həyata keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin törədilməsində iştirak edən Ruhlan İsmayılov tutularkən polis əməkdaşlarına qarşı silahlı müqavimət göstərdiyi üçün zərərsizləşdirilib.
Ruhlan İsmayılovun qeyd edilən cinayətdə təqsiri istintaq zamanı tam sübuta yetirilsə də, onun barəsində yeni xarakterli xüsusatlar aşkar edildiyinə görə, barəsində cinayət işi ayrılaraq istintaqı davam etdirilir.
Cinayətin törədilməsində istifadə edilən “AKS Lancaster-03” markalı yivsiz ov tüfəngi, “Makarov” tipli tapança, həmçinin təqsirləndirilən şəxslərin yaşadığı ünvandan “Minta37” markalı tapança, çoxsaylı döyüş sursatı, “Unibank Kommersiya Bankı” ASC-yə məxsus 16 min 835 manat və 20 min 100 ABŞ dolları məbləğində pul vəsaitləri aşkar edilərək götürülüb.
Aftv.az
“Hansısa yeri partladıb, pul qazanacaqlarını dedi” - Hipermarketə silahlı hücumla bağlı məhkəmə
Araşdırma
4, apr, 2024
14:41
Son xəbərlər
"Sabah"ın baş məşqçisi: "Düşünürəm ki, hər kəs bizdən qələbə gözləyir"
12, okt, 2026
18:31
Azərbaycanda avtomobillər bahalaşdı: Bakı və bölgələr arasında kəskin fərq var
12, okt, 2026
18:27
15 yaşlı qız ölümündən 8 saat sonra öz dəfnində tabutda oyandı
12, okt, 2026
18:20
Pulları yazmayın: Məhkəməlik ola bilərsiniz - Foto
12, okt, 2026
18:16
Çindən Azərbaycana gətirilən 8 mindən çox baytarlıq preparatı məhv edildi - Foto
12, okt, 2026
18:12
Hərəkətdə olan sərnişin avtobusu alışıb yandı - Foto
12, okt, 2026
18:09
Məktəblərdə vahid forma: "Şagirdlər arasında sosial fərqlər aradan qaldırılır"
12, okt, 2026
18:05
Peskov Putinin ad gününü necə keçirdiyindən danışıb
11, okt, 2026
19:35
"Qarabağ" səfərdə "İmişli"yə qalib gəldi
11, okt, 2026
19:28
Sabah bəzi ərazilərdə işıq olmayacaq
11, okt, 2026
18:39
Sumqayıtda mikroavtobusla minik avtomobili toqquşdu: Xəsarət alanlar var - Foto
11, okt, 2026
17:54
Azərbaycan boksçusu Avropa çempionu oldu
11, okt, 2026
17:49
Polis qadın döş implantının çıxarılmasından sonra öldü: Faciənin TƏFƏRRÜATLARI
11, okt, 2026
17:40
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30
İranın hücumları ABŞ ordusunda ağır itkilərə səbəb oldu: 100-ə yaxın yaralı
21, iyl, 2026
08:00