Nazir "TikTok"da canlı yayım açan rəis müavinini işdən çıxardı

Araşdırma
3, apr, 2024 18:27

Fövqəladə Hallar Nazirliyi (FHN) Nəsimi Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəis müavini işdən çıxarılıb.

Müvafiq əmrıə mayor Mirzə Hüseynov tutduğu vəzifədən azad olunub.

Belə ki, bundan əvvəl rəis müavini "TikTok" sosial şəbəkəsində canlı yayım açaraq qeyri-etik hərəkətlər edib. Onun bu səbəbdən fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən vəzifədən azad olunduğu iddia edilir.(Qaynarinfo)
Aftv.az

Son xəbərlər