VAKS bu qərarı Xüsusi Antikorrupsiya Prokurorluğunun məhdudiyyət müddətinin uzadılması ilə bağlı vəsatətini rədd etdikdən sonra verib.
"Şübhəli şəxs NABU (Ukrayna Milli Antikorrupsiya Bürosu) detektivinin, Xüsusi Antikorrupsiya Prokurorluğunun prokurorunun və ya məhkəmənin hər bir çağırışı ilə dərhal gəlməli, yaşayış və ya iş yerini dəyişdiyi halda NABU detektivinə və xüsusi prokurora məlumat verməlidir", - deyə sənəddə qeyd olunub.
Bununla yanaşı, siyasətçinin ölkəni tərk etməsinə, Ali Rada deputatları ilə əlaqə saxlamasına və xarici pasportdan istifadə etməsinə qoyulan qadağalar aradan qaldırılıb.