Sumqayıtda DƏHŞƏT

Hadisə
15, apr, 2025 08:30

Sumqayıtda üçotaqlı fərdi yaşayış evi yanıb. Hadisə "BTZ" bağları adlanan ərazidə qeydə alınıb.
İlkin səbəb olaraq, qısaqapanmanın baş verdiyi ehtimal edilir.
Qeyd edək ki, yanğın baş verən evin sakinləri iki yeniyetmədir.
Məlumata görə, onların anaları hazırda məhkumluq həyatı yaşayır, ataları isə ailəni tərk edib. Beləliklə, uşaqlar 3 ildir ki, valideyn nəzarətindən məhrumdurlar.
Zərərçəkən bildirib ki, tüstü çıxdığını görüb, tonqal zənn edib:
"Gəlib gördüm ev alışıb yanır. Çox güman sobadan keçib, yanındakı yorğan-döşəklər də yanıb".
Qonşunun sözlərinə görə, yeniyetmələrin heç bir yerdən gəlirləri yoxdur. Onlara qonşular dəstək olurlar. (AFTV.az)

Son xəbərlər

Sumqayıtda DƏHŞƏT
15, apr, 2025 08:30
İlham Əliyev fərman imzaladı
28, fev, 2025 13:30