“Report” xəbər verir ki, Xorvatiya, Macarıstan, Moldova, Misir, Nepal, İordaniya, Küveyt, Türkiyə, Braziliya və digər ölkələri təmsil edən iştirakçılar yekun mərasim zamanı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin çıxışını dinləyiblər.
Prezidentin köməkçisi Hikmət Hacıyev Qarabağın işğaldan azad edilməsi fonunda Azərbaycanın yürütdüyü xarici siyasət kursundan və geosiyasi kimliyindən, həmçinin Şimal-Cənub və Şərq-Qərb nəqliyyat yollarının kəsişməsində yerləşən ölkəmizin iqtisadi münasibətlərindən bəhs edib.
Çıxış zamanı COP29-a toxunan Hikmət Hacıyev Azərbaycanın bu nüfuzlu tədbirə ev sahibliyi etməsini diplomatik və siyasi cəsarətimizin təcəssümü və yaşıl enerjiyə transformasiya kimi qiymətləndirib, sonda iştirakçıların müxtəlif mövzulardakı suallarını cavablandırıb.
Mərasimdə çıxış edən ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev “Xəzər Hövzəsi Araşdırmaları” proqramının yalnız ADA Universitetini deyil, eyni zamanda Azərbaycanı dünyaya tanıdan bir platforma olduğunu bildirib.
İştirakçıları ölkəmiz barədə öyrəndiyi bilikləri öz həmkarları ilə də bölüşməyə səsləyən rektor Paşayev proqramda təmsil edilən ölkələrlə ADA Universitetinin əlaqələrinin genişlənəcəyinə əminliyini ifadə edib. Sonda çıxışçılar 18 ölkəni təmsil edən iştirakçılara sertifikatlarını təqdim ediblər, onlarla xatirə fotosu çəkdiriblər.
Qeyd edək ki, iştirakçılar proqram çərçivəsində aprelin 18-i Ağdama səfər edərək Cümə Məscidini, Konqres Mərkəzini, Şəhidlər Xiyabanını və digər yerləri ziyarət ediblər, buradakı bərpa və quruculuq işləri ilə tanış olublar.
Əlavə edək ki, ADA Universitetinin professor-müəllim heyətinin, müxtəlif dövlət qurumlarının və beyin mərkəzlərinin yüksəksəlahiyyətli nümayəndələri birhəftəlik proqram çərçivəsində iştirakçılar qarşısında mühazirələrlə çıxış ediblər. Həmin mühazirələr regionun geosiyasi, mədəni və iqtisadi quruluşu, həmçinin bərpaolunan enerji üzrə inkişaf strategiyası kimi bir çox aktual mövzuları əhatə edib.
Hikmət Hacıyev: “Azərbaycanın COP29-a ev sahibliyi etməsi siyasi cəsarətimizin təcəssümüdür” - FOTO
Siyasət
20, apr, 2024
11:09
Son xəbərlər
Rəsmi təyinat: Ümid Alməmmədov nazirlikdə vəzifə aldı
3, iyl, 2026
17:40
Litvadan diqqətçəkən qərar: Nüvə silahına yol açılır
3, iyl, 2026
17:32
Bu rayonlarda leysan yağacaq, sel riski var – Xəbərdarlıq
3, iyl, 2026
17:30
Ağdamda zəncirvari qəza: 6 nəfər xəstəxanalıq oldu
3, iyl, 2026
17:30
Coratda dənizdə faciə: Bir nəfər həyatını itirdi
3, iyl, 2026
17:20
Ukraynanın cavabı necə olacaq? – Zelenskidən açıqlama
3, iyl, 2026
09:30
Futbolda yayın 10 ən bahalı transferi açıqlandı
3, iyl, 2026
09:20
İlham Əliyevə dəstəyin arxasında duran amillər
3, iyl, 2026
09:10
Qordon Rusiyanın üzləşdiyi çətinliklərdən danışdı
3, iyl, 2026
09:10
Slutski: “Havayı pendir yalnız tələdə olur”
3, iyl, 2026
09:00
Qızılın qiymətində artım müşahidə olunub
2, iyl, 2026
18:20
Azərbaycan sülhməramlılarının fəaliyyət coğrafiyası – Hesabat
2, iyl, 2026
18:10
Prezidentdən fərman: Teymur Musayevin müavinlərinin sayı artırıldı
2, iyl, 2026
16:20
Milli Məclisdə kadr dəyişikliyi: Spikerə yeni köməkçi
2, iyl, 2026
16:10
Leyla Əliyeva Yevlax səfəri çərçivəsində məscidi ziyarət edib – FOTO
2, iyl, 2026
10:50
Netanyahu-dan diqqətçəkən bəyanatlar: İsrail ABŞ yardımı məsələsi gündəmdə
2, iyl, 2026
10:48
Yaşayış binasında yanğın: maşınlara ciddi ziyan dəyib – FOTO
2, iyl, 2026
10:40
Hərbçi ehtiyatda olan mayor vəfat edib – FOTO
2, iyl, 2026
10:30
İlham Əliyev Türkiyə ədliyyə naziri ilə görüşüb
2, iyl, 2026
10:30
Samuxda faciəvi qəza: Yük maşını çaya yuvarlandı
1, iyl, 2026
21:50
Partlayıcı daşıyan Ukrayna dronu Türkiyədə qəzaya uğrayıb
1, iyl, 2026
21:10
Zalujnı Ukrayna prezidentliyi ilə bağlı açıqlama verdi
1, iyl, 2026
14:30
Bakı–Brüssel marşrutu üzrə birbaşa uçuşlar başlayır
1, iyl, 2026
14:20
Birinci Qarabağ müharibəsinin daha bir itkin-şəhidi dəfn olundu
1, iyl, 2026
14:00
Didye Deşam dünya futbolu tarixinə adını yazdırdı
1, iyl, 2026
14:00
Ceyhun Salmanov şərti cəza ilə azadlığa buraxıldı
1, iyl, 2026
14:00
Qadınların pensiya yaşı ilə bağlı yeni qərar qəbul edilib
1, iyl, 2026
09:40