Qızılın qiymətində artım müşahidə olunub

Cəmiyyət
2, iyl, 2026 18:20

"Comex" birjasında qızıl füçerslərinin qiyməti 2026-cı ilin avqust ayında çatdırılma ilə 23 iyun 2026-cı ildən bəri ilk dəfə trua unsiyası (təxminən 31 qram) üçün 4150 dolları keçib.
Aftv.az Oxu.Az-a istinadən xəbərinə görə, bunu ticarət platformasının məlumatları göstərir.
Bakı vaxtı ilə saat 16:40-a olan məlumata görə, qızılın qiyməti 1.76% artaraq, trua unsiyası üçün 4154.2 dollara çatıb. Bakı vaxtı ilə saat 16:50 üçün füçersin qiyməti artımını ləngidib və 4138.1 dollar səviyyəsində olub (1.36% artım).
Eyni zamanda 2026-cı ilin sentyabr ayı üçün çatdırılma ilə gümüş füçersləri trua unsiyası üçün 61.72 dollar olub (2% artım).

Son xəbərlər