"Azərbaycan Ordusu iştirak etdiyi ümumilikdə beş sülhməramlı əməliyyatın üçündə Türkiyə, birində ABŞ, digərində isə BMT sülhməramlıları ilə birgə fəaliyyət göstərib. Qeyd olunan dövlətlərin hər ikisi NATO-nun ən güclü ordularına sahibdir. Sülhməramlı prosesdə iştirak Azərbaycan sülhməramlılarının təcrübəsini artırmaqla yanaşı, həm də ikitərəfli hərbi əməkdaşlığı daha da möhkəmləndirir və Azərbaycanın beynəlxalq nüfuzuna öz müsbət təsirini göstərir".
Aftv.az xəbər verir ki, bu, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Müdafiə Nazirliyinin birgə hazırladıqları "Azərbaycan Ordusunun sülhməramlı əməliyyatlarına dair hesabat"da əksini tapıb.
Sənəddə qeyd edilib ki, Azərbaycanın sülhməramlı fəaliyyəti BMT, NATO kimi beynəlxalq təşkilatlarla və bir sıra xarici dövlətlərlə əməkdaşlığını keyfiyyətcə yeni mərhələyə qaldırıb, eləcə də onun beynəlxalq aləmdə nüfuzunun artırılmasına və etibarlı tərəfdaş kimi tanınmasına töhfə verib.
Sülhməramlı əməliyyatlarda iştirak Azərbaycan Ordusunun döyüş qabiliyyətinin və kadrlarının peşəkarlığının artırılmasına da töhfə verib. 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun sülhməramlı bölmələrinin hərbi qulluqçuları ən ağır döyüşlərdə iştirak edərək Zəfərin qazanılmasında mühüm rol oynayıblar.
Hesabatda Azərbaycanın dünyanın üç müxtəlif qitəsində həyata keçirdiyi sülhməramlı fəaliyyəti ilə yalnız özünün deyil, həm də beynəlxalq ictimaiyyətin təhlükəsizliyini təmin etmək üçün çalışdığını nümayiş etdirməsi də diqqətə çatdırılıb.
Həmçinin, Kosovo, İraq, Əfqanıstan və Cənubi Sudanda keçirilən mürəkkəb və çətin sülhməramlı missiyalarda ləyaqətlə xidmət göstərən zabitlərimizin həm ordunun peşəkarlığını, həm də xalqın sülhə sadiqliyini göstərdiyi vurğulanıb:
"Bu fəaliyyətlər Azərbaycanın beynəlxalq sülhə və təhlükəsizliyə verdiyi töhfələrin davamlı xarakter daşıdığını sübut edir və ölkənin beynəlxalq nüfuzunu daha da möhkəmləndirir. Gələcəkdə bu sahədə daha genişmiqyaslı iştirakı təmin etmək üçün Azərbaycanın həm siyasi, həm də hərbi potensialı var".
Azərbaycan sülhməramlılarının fəaliyyət coğrafiyası – Hesabat
Cəmiyyət
2, iyl, 2026
18:10
Son xəbərlər
Qubada qaydaları pozan qazilər həbs edildilər
22, okt, 2026
19:14
Bakı və Sumqayıtda peyvəndlənmə başlandı
22, okt, 2026
19:12
Xocalıdan silah tapıb Abşerona gəldi, anasını güllələdi
22, okt, 2026
19:11
Bu il metroda 700-ə yaxın sərnişin eskalatordan yıxılıb
22, okt, 2026
19:02
Amnistiyaya düşən kişi arvadını döydü
22, okt, 2026
19:00
"Real Madrid" "Qızıl top"la bağlı mövqeyini dəyişdi
22, okt, 2026
18:58
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
22, okt, 2026
18:56
Kirayə mənzil mexanizmində dəyişiklik: Yeni şərtlər açıqlandı
21, okt, 2026
17:13
Bakıda evdə soyuducuya görə dava: 65 yaşlı kişi gəlinini döydü
21, okt, 2026
17:11
"Qarabağ" Koxalskiyə daha yüksək maaş təklif edibmiş
21, okt, 2026
17:06
Naxçıvanda ağır qəza: Azyaşlı həlak oldu, çox sayda yaralı var
20, okt, 2026
23:09
Messi və Ronaldu bütün dövrlərin ən yaxşısı adına namizədlər arasında
20, okt, 2026
23:05
Bakıda iki nəfəri əqrəb sancdı
20, okt, 2026
23:01
"Fənərbağça" "Slaviya Praqa" ilə matçda qələbəni son dəqiqədə əldən verdi
20, okt, 2026
22:58
Sergen Yalçın Türkiyə millisinə rəhbərlik edəcək
19, okt, 2026
23:31
Parisdə komendant saatı elan olundu
19, okt, 2026
23:27
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi müzakirə edəcək
19, okt, 2026
23:24
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub - Foto
19, okt, 2026
23:22
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna ödənişsiz avtobuslar ayrılacaq
19, okt, 2026
22:18
Navainin vəkili danışdı: "Təqsirini boynuna alıb-almamaq öz ixtiyarındadır"
19, okt, 2026
21:42
İlham Əliyev: "Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır"
19, okt, 2026
21:37
Plastik tullantılardan peçenye hazırlanır?
19, okt, 2026
01:46
"Real" Mbappenin dublu sayəsində "Sevilya"nı darmadağın etdi
19, okt, 2026
01:41
Körfəz ölkələrindən İrana sərt xəbərdarlıq
19, okt, 2026
01:37
Bakıdan Türkmənistana narkotik aparan dənizçi gəmidə ifşa edildi
17, okt, 2026
19:34