Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 2-də Türkiyə Respublikasının ədliyyə naziri Akın Gürleki qəbul edib.
Aftv.az xəbər verir ki, qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını ifadə edən Akın Gürlek Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə dövlətinin başçısına çatdırmağı xahiş etdi.
Qonaq ortaq tarixə, mədəniyyətə və qardaşlığa əsaslanan əlaqələrimizin Azərbaycan və Türkiyə prezidentləri arasında mövcud olan səmimi münasibətlər sayəsində daha da inkişaf etdiyini vurğuladı.
Türkiyənin ədliyyə naziri dövlətimizin başçısının güclü liderliyi ilə ölkəmizin inkişaf etdiyini deyərək, bu xüsusda Azərbaycanın iqtisadi tərəqqisinə, beynəlxalq nüfuzunun daha da artmasına və tarixi Qarabağ Zəfərinə toxundu.
Akın Gürlek, həmçinin Azərbaycanın bölgədə enerji, bağlantılar, o cümlədən Zəngəzur dəhlizi kimi strateji layihələrin həyata keçirilməsində önəmli rolunu vurğuladı və Türkiyənin bundan sonra da ölkəmizin yanında olacağını dedi.
Söhbət zamanı bütün sahələri əhatə edən Azərbaycan-Türkiyə qardaşlıq və müttəfiqlik münasibətlərinin uğurla inkişaf etdiyi məmnunluqla vurğulandı. Ölkələrimizin Ədliyyə nazirlikləri arasında səmərəli tərəfdaşlığın qurulduğu bildirilərək, əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
İlham Əliyev Türkiyə ədliyyə naziri ilə görüşüb
Siyasət
2, iyl, 2026
10:30
Son xəbərlər
Qubada qaydaları pozan qazilər həbs edildilər
22, okt, 2026
19:14
Bakı və Sumqayıtda peyvəndlənmə başlandı
22, okt, 2026
19:12
Xocalıdan silah tapıb Abşerona gəldi, anasını güllələdi
22, okt, 2026
19:11
Bu il metroda 700-ə yaxın sərnişin eskalatordan yıxılıb
22, okt, 2026
19:02
Amnistiyaya düşən kişi arvadını döydü
22, okt, 2026
19:00
"Real Madrid" "Qızıl top"la bağlı mövqeyini dəyişdi
22, okt, 2026
18:58
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
22, okt, 2026
18:56
Kirayə mənzil mexanizmində dəyişiklik: Yeni şərtlər açıqlandı
21, okt, 2026
17:13
Bakıda evdə soyuducuya görə dava: 65 yaşlı kişi gəlinini döydü
21, okt, 2026
17:11
"Qarabağ" Koxalskiyə daha yüksək maaş təklif edibmiş
21, okt, 2026
17:06
Naxçıvanda ağır qəza: Azyaşlı həlak oldu, çox sayda yaralı var
20, okt, 2026
23:09
Messi və Ronaldu bütün dövrlərin ən yaxşısı adına namizədlər arasında
20, okt, 2026
23:05
Bakıda iki nəfəri əqrəb sancdı
20, okt, 2026
23:01
"Fənərbağça" "Slaviya Praqa" ilə matçda qələbəni son dəqiqədə əldən verdi
20, okt, 2026
22:58
Sergen Yalçın Türkiyə millisinə rəhbərlik edəcək
19, okt, 2026
23:31
Parisdə komendant saatı elan olundu
19, okt, 2026
23:27
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi müzakirə edəcək
19, okt, 2026
23:24
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub - Foto
19, okt, 2026
23:22
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna ödənişsiz avtobuslar ayrılacaq
19, okt, 2026
22:18
Navainin vəkili danışdı: "Təqsirini boynuna alıb-almamaq öz ixtiyarındadır"
19, okt, 2026
21:42
İlham Əliyev: "Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır"
19, okt, 2026
21:37
Plastik tullantılardan peçenye hazırlanır?
19, okt, 2026
01:46
"Real" Mbappenin dublu sayəsində "Sevilya"nı darmadağın etdi
19, okt, 2026
01:41
Körfəz ölkələrindən İrana sərt xəbərdarlıq
19, okt, 2026
01:37
Bakıdan Türkmənistana narkotik aparan dənizçi gəmidə ifşa edildi
17, okt, 2026
19:34