Hərbçi ehtiyatda olan mayor vəfat edib – FOTO

Hadisə
2, iyl, 2026 10:30

Vətən müharibəsinin iştirakçısı, ehtiyatda olan 48 yaşlı mayor Miryusif Miryavər oğlu Miriyev vəfat edib.
Aftv.az Unikal.az-a istinadla xəbər verir ki, Miryusif Miriyev mülkidə işlədiyi zaman iş yerində baş vermiş partlayış nəticəsində ağır xəsarət alıb.
Məlumata görə, 25 gün Bakıda xəstəxanada koma vəziyyətində olan M.Miriyev ötən gün dünyasını dəyişib.
Mərhum anadan olduğu Salyan rayonunun Xalac kəndində torpağa tapşırılıb.

Son xəbərlər