Partlayıcı daşıyan Ukrayna dronu Türkiyədə qəzaya uğrayıb

Dünya
1, iyl, 2026 21:10

Türkiyənin Trabzon vilayətində beş kiloqram partlayıcı daşıyan Ukraynaya məxsus pilotsuz uçuş aparatı (PUA) qəzaya uğrayıb.
Aftv.az xəbər verir ki, bu barədə İHA agentliyi məlumat yayıb.
Məlumata görə, pilotsuz uçuş aparatı Vakfıkebir rayonunda ağaca çırpılaraq parçalanıb.
Hadisə yerinə baxış keçirən mütəxəssislər aparatın beş kiloqram partlayıcı ilə təchiz olunduğunu müəyyən ediblər.
Bildirilir ki, pilotsuz uçuş aparatını görən yerli sakinlər arasında təşviş yaranıb. Hadisə ilə bağlı Türkiyə hüquq-mühafizə orqanları araşdırmalara başlayıblar.
Türkiyədə beş kiloqram partlayıcı daşıyan Ukrayna dronu qəzaya uğrayıb

Son xəbərlər

Neftin qiymətində bahalaşma
30, iyn, 2026 10:00