Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonra müxtəlif ssenarilər ortaya çıxıb. Eyni prosesin İranda, hətta Ukraynada yaşana biləcəyini iddia edənlər də var.
Növbə İranındır, yoxsa Ukraynanın? Bu qış Ukrayna müharibəsi yekunlaşa, ölkə supergüclər arasında bölünə bilərmi?
Globalinfo.az-a danışan Orta Doğru Araşdırmalar Mərkəzinin sədri, siyasi şərhçi Sədrəddin Soltan deyib ki, Yaxın Şərqdə istənilən dəyişiklik baş verəndə “bundan sonra növbə kimindir” sualı gündəmə gəlir:
“İraqda dəyişiklik baş verəndə, Səddam Hüseyn devriləndə, “Ərəb baharı” zamanı hər kəs elə düşünürdü ki, növbədə İrandır. Ərəb baharı müəyyən mənada başa çatıb, Qəzza zolağında HƏMAS, Livanda “Hizbullah” zəifləyib, artıq əvvəlki gücündə deyil. Nəhayət, Suriyada Bəşər Əsəd süquta uğradı. Bir çox təhlilçilər hesab edir ki, beynəlxalq ictimaiyyət Suriya ilə Ukrayna məsələsində alver edib. Belə qənaətə gəlinib ki, Rusiya Suriya məsələsində güzəştə getməklə Ukraynanın daha çox ərazisini qazanıb. Yaxud da Ukraynada Zelenski hakimiyyətinin bitməsinə qərar verilib”.
Politoloqun sözlərinə görə, Suriya və Ukrayna məsələsi ayrı-ayrı siyasi müstəvilərə aiddir:
“Suriyadakı hadisələr “Ərəb baharı”nın davamıdır. Hədəfdə İran hakimiyyətdir. Ona görə də bu hədəf beynəlxalq ictimaiyyətin gündəliyindədir. Çünki HƏMAS, “Hizbullah”, Bəşər Əsəd İran hakimiyyətinin dəstəyi hesabına mövcud idi. Bu təşkilatı, rejimi devirməklə, zəiflətməklə İran hakimiyyətinə doğru hərəkət sürətləndi. Burada mane olaraq İraqdakı İranyönlü qüvvələr “Həşti Şəbi”lər qalır. Rəsmi Tehranın hədəfdən yayınması üçün islahat aparılması vacibdir. Tehran hakimiyyəti islahat apararsa, gələcəkdə Qərblə faydalı əməkdaşlıq etmək üçün dil taparsa, o halda İran hədəfdən yayına bilər.
Ukrayna məsələsi Avropa İttifaqı, NATO-nun məsələsidir. Həm də Rusiyanın keçmiş postsovet məkanına, Şərqi Avropa ölkələrinə təsirinin və təzyiqinin azalmasıdır. Bu baxımdan İran və Ukrayna məsələsi mahiyyət etibarilə bir-birindən fərqlənir”.
Sədrəddin Soltan qeyd edir ki, Qərb Ukraynanı Suriya məsələsi qarşılığında Rusiyaya qurban verərsə, o halda Avropadakı maraqlarından da məhrum olar:
“2025-ci ildə Ukraynada prezident seçkiləri keçirilə bilər. Bu seçkidə Volodimir Zelenski qalib də gələ bilər, məğlub da olar. Bu o demək deyil ki, Ukrayna ərazi bütövlüyü Aİ, Qərb maraqları sıradan çıxacaq.
İran isə Avropa ilə danışıqlara hazırlaşır. Suriyadakı hadisələr yenicə başlayanda İran XİN müavini ilə Böyük Britaniya, Almaniya və Fransa XİN arasında regional vəziyyət, Suriya, Livan, Fələstin məsələləri müzakirə olundu. Bu, Qərblə İran arasında danışıqlara dair nişanədir. Gələcəkdə bu görüş genişlənə, intensivləşə bilər. Perspektivdə danışıqlara ABŞ nümayəndələrinin qoşulması da gözləniləndir.
Volodimir Zelenskinin Ukraynaya rəhbərlik edib-etməyəcəyi də seçkilərin nəticələrindən asılı olacaq. Ukraynadakı proseslər Qərbin nüfuz məsələsidir.
Bəşər Əsədin istefası böyük güclər tərəfindən razılaşdırılıb. Çünki Rusiya müxalifətin Dəməşqə doğru irəliləməsinə mane olmadı. Doğrudur, buna həm gücü yox idi, həm də mane olmaq istəmədi. Rəsmi Moskva Əsədin hakimiyyətdən getməsi ilə bağlı 2016-cı ildə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 2254 saylı qətnamənin lehinə səs verib. Bu o deməkdir ki, həmin o qətnaməyə əsasən keçid dövlət yaranar, Suriyanın ərazi bütövlüyü qorunar və s. Bəşər Əsəd hakimiyyətdən getməli idi. Rusiya da buna razılıq verib”.
Politoloq Xalid Kərimli isə məsələyə belə münasibət bildirib:
“Suriyada Əsəd rejiminin devrilməsi bir çox regionlarda baş verən hadisələrə təsirini göstərəcək. Bu, eyni zamanda Yaxın Şərqin yenidən dizayn olunmasında xüsusi rol oynayan hadisədir. Əsəd rejimi əslində İranın proksilərindən biri idi və artıq mövcud deyil. İran öz qüvvələrini Suriya ərazisindən çıxarıb, hazırda olduqca əlverişsiz geopolitik situasiyaya düşüb və böyük ehtimalla Əsəd rejiminin devriləməsindən sonrakı situasiyada İranın daha ağır təzyiqlərə məruz qalması istisna deyil. Buna paralel olaraq Ukrayna üçün də ciddi problemlər mövcuddur. Bu problemlərdən biri ondan ibarətdir ki, Ukraynanın gələcək taleyinin müəyyənləşdirilməsi mərhələsi artıq yaxınlaşır. Savaşın dayandırılıb-dayandırlımayacağı ilə bağlı qərar təxminən yaxın bir ay ərzində veriləcək”.
Politoloqun sözlərinə görə, hazırda Ukraynada hakimiyyətin dəyişdirilməsi gündəmdə deyil:
“Məsələ Ukraynanın gələcək taleyidir. Detallar Ukrayna üçün gələcəkdə həddindən artıq təşviş doğuracaq səviyyədədir. Ümumi situasiyanı belə izah etmək mümkündür ki, Ukrayna ABŞ və Rusiya arasında bölüşdürülə bilər. Tramp administrasiyası Kremllə bazarlığa başlayıb. Rəsmi Vaşinqton Ukraynanın işğal olunmuş ərazilərini Rusiyaya verir. Bunun əvəzində ABŞ Ukraynanın təbii sərvətlərindən istifadə hüququ qazanır. Bu olduqca böyük bazarlıqdır. Bəzi hesablamalara görə, Ukraynanın təbii sərvətlərinin təxmini dəyəri 3-7 trilyon dollar arasında dəyişir. Tramp administrasiyası hər şeyə biznes maraqları çərçivəsində yaxınlaşır”.
Aftv.az
Əsəddən sonra hədəfə gələn iki prezident – Fərqli ssenari işə düşür
Gündəm
11, dek, 2024
17:07
Son xəbərlər
Paytaxtda dəhşətli cinayət - 26 il əvvəl törədilmiş qətlin üstü açıldı
11, dek, 2024
18:27
"Bu hansı kişinin şəklidir?" - Arvadının xəyanətindən şübhələnib qətlə yetirdi
11, dek, 2024
18:23
Məhkəmə Rüfət Səfərovla bağlı qərar verib
11, dek, 2024
18:15
DTX-nin həbs etdiyi sabiq icra başçısının müavininin məhkəməsi təxirə salınıb
11, dek, 2024
18:11
UEFA Çempionlar Liqası: "Real Madrid" səfərdə "Atalanta"nı məğlub etdi
11, dek, 2024
18:05
Azərbaycan millisinin olimpiya mükafatçısı Dubayda mükafatlandırlıb
11, dek, 2024
18:03
Messi və komanda yoldaşları Heydər Əliyev Mərkəzində
11, dek, 2024
17:59
Mikayıl Cabbarov Dünya Güləş Birliyinin prezidenti ilə görüşüb
11, dek, 2024
17:57
Messi Bakıda Qarabağ atlarını izlədi - Video - Fotolar
11, dek, 2024
17:55
Elçibəyin Bakıdakı evi qarət edildi - Foto
11, dek, 2024
17:46
“Plazalar kralı” Qafar Dəmirçi həbs edildi
11, dek, 2024
17:36
"Universal" Hospitalın həkimi Azər Kərimovdan ŞİKAYƏT... - "Məni kor etdi"
11, dek, 2024
17:14
Mağazaların saxta kampaniyaları: endirimdə yararsız mallar... - NƏ ETMƏLİ?
11, dek, 2024
17:10
Həbsdə olan bank rəhbərinin xaricdə milyonları üzə çıxdı
11, dek, 2024
17:09
Əsəddən sonra hədəfə gələn iki prezident – Fərqli ssenari işə düşür
11, dek, 2024
17:07
“Hikmət Hacıyevin missiyası Türkiyə və İsrail arasında vasitəçilik olub”
11, dek, 2024
16:41
Sabah bu yollarda məhdudiyyət olacaq
11, dek, 2024
16:37
"İndi dərdimizi kimə deyək, bilmirik..." - GİLEY
11, dek, 2024
16:28
Qanunsuz tikililərlə bağlı təftiş prosesi Taleh Bəşirovu bitirir - İLGİNC İDDİA
11, dek, 2024
16:26
Prezident İlham Əliyev AÇG ilə bağlı qanunu təsdiqlədi
11, dek, 2024
16:21
Hərbçimiz bədbəxt hadisə nəticəsində öldü
11, dek, 2024
13:11
Prezident İlham Əliyev keniyalı həmkarını təbrik edib
11, dek, 2024
12:52