Abşeron rayon, Xırdalan şəhər 2 nömrəli orta məktəbin direktoru barəsində redaksiyamıza olunan müraciət əsasında aparılan araşdırmanın nəticələri aşağıdakı kimi olmuşdur və nəticələr tədbir görülməsi üçün Birinci Vitse-Prezident Mehriban Xanım Əliyevaya, Elm və Təhsil Naziri Emin Əmrullayevə, Baş Prokuror Kamran Əliyevə Baş redaktor Pənah Azər tərəfindən göndərilib.
Araşdırma 11: Məktəbə gəlməyən şagirdlərin qiyməti; - rus bölməsi üçün 1500-2000 AZN, Azərbaycan bölməsi üçün 1000 -1500 arasında dəyişir.
Araşdırma 12: Dərs saatlarının pulla satılması inkar olunmazdır.
Araşdırma 13: Ümumilikdə məktəb üzrə bölünən 1717 dərs saatı yükünün qeyri-qanuni yollarla talanması mövcuddur. Bu hesabla hər ay 51510 ( əli bir min beş yüz on ) manat, illik isə 618120 ( altı yüz on səkkizmin yüz iyirmi ) manat yəni, yarım milyondan bir qədər artıq dövlət vəsaiti Gülnaz Kərimova tərəfindən mənimsənilir. Mən hələ 524 saat fiziki tərbiyə dərslərini bura əlavə edərək bildirirəm ki,qış aylarında idman zalı soyuq olduğundan dərslər sinif otağında keçirilir. Noyabr, dekabr, yanvar və fevral aylarında cəmi 2096 saat olmaqla hər ay orta hesabla 4872 manat, illik isə 584784 manat saat hesabı ilə dövlət büdcəsində mənimsəmə olub. Ümumilikdə hər ay 100242 ( yüz min iki yüz qırx iki ) manat, illik isə 1202904 ( bir milyon iki yüz iki min 904 manat ) manat dövlət büdcəsinin talanması Gülnaz Kərimova tərəfindən həyata keçirilib. Sözsüz ki, İlhamə Abdullayeva bundan xəbərsiz deyildir.
Sual olunur: - “hörmətli” İlhamə Abdullayeva! Gülnaz Kərimovanı bu əməlləri həyata keçirmək üçünmü gətirmisiniz Xırdalan şəhər 2 nömrəli orta məktəbə direktor?
Araşdırma 14: Bütün bu dövlət vəsaitlərinin mənimsənilməsinin qarşılığında Abşeron-Xızı Regional Təhsil İdarəsi “Maliyyə və İnzibati Sektoru”nun müdiri Orxan Şirəliyev niyə susur?
Araşdırma 15: Məktəbin buraxılış siniflərinin 50 faizdən çoxu dərsə gəlmirlər. Gülnaz Kərimova bu gəlməmənin müqabilində valideynlərdən nə qədər rüşvət aldığını özü açıqlasa daha yaxşıdır.
Araşdırma 16: Nərgiz İsmayılova direktor əvəzedicisi işlədiyi dövrdə məktəbin 3 ibtidai sinif müəlliminə Türkiyə Respublikasına getməsinə icazə vermiş, həmin müəllimlərin əmək haqqı tabelində günləri tutulsa da əmək məcəlləsinə uyğun olaraq onlar barəsində heç bir tədbir görülməmişdi. Çünki bu işdə Nərgiz İsmayılova maraqlı tərəf olmuşdur. Yoxlama zamanı direktor vəzifəsini müvəqqəti icra edən Nərgiz İsmayılovanın qızı Elnarə Həsənova məktəbə gəlmədiyi məlum olmuş, onun adına yetərincə dərs saatları yazılaraq mənimsənilmişdir. Korrupsiya faktı öz əksini tapsa da bu məsələ indiyə kimi bağlı qalmışdır. Bununla bağlı fənn müəllimlərinin izahatları alınmışdır. Dərslər onlar tərəfindən keçirilsə də aylıq məvaciblər Nərgiz İsmayılovanın qızının adına yazılaraq mənimsənilmişdir.
Həmən dövrdə bu yoxlamalara birbaşa İlhamə Abdullayeva özü nəzarət etmişdi. Sual olunur, korrupsiya əməllərini gizlətməkdə İlhamə Abdullayevanın marağı nə olub?
Araşdırma 17: Aparılan sorğu-suallardan və işin praktiki gedişatından aydın olmuşdur ki, məktəb direktoru Gülnaz Kərimova özündən əvvəlki kadrların (müavinlərin) onun dövlət əmlakını mənimsəməsinə maneələr törədəcəklərini görmüş və bu barədə İlhamə Abdullayevanı məlumatlandırmışdır. Nəticə etibarı ilə hər iki şəxs (qohum) Elm və Təhsil Nazirliyinin vəzifəli və səlahiyyətli şəxsləri adından istifadə edərək savadlı, bacarıqlı, işgüzar, direktor müavinlərini vəzifədən kənarlaşdırmağa müvəffəq olmuşdular. Bəzilərini isə yerdəyişmə adı ilə öz doğma işlərindən kənarlaşdırmışlar. Bununla da İlhamə Abdullayeva öz qohumu və şəxsi təşəbbüsü (bəlkə də şəxsi maddi marağı) ilə məktəb direktoru gətizdirdiyi Gülnaz Kərimovanın sərbəst işləməsi, geniş əl-qol açması ( ? ) üçün lazım olan şəraiti yarada bilmişdir.
Araşdırma 18: 2022-2023 cü tədris ilində Sumqayıt-Xızı Regional idarənin rəhbəri İlhamə Abdullayeva tərəfindən məktəbdə qəflətən yoxlama aparılmışdır. Məlum olmuşdur ki, adı jurnalda qeydiyyatda olan Ərəstun adlı 11 A sinif şagirdi dərsə davamiyyəti olmadığı halda ona qeyri qanuni yüksək qiymətlər yazılaraq ilin sonunda 5 qiyməti ilə məktəbi başa vurmuşdu.
Nəzərə almaq lazımdır ki, bu hələ Gülnaz Kərimovanın məktəbə qədəm qoyduğu birinci ildə olubdur. Yoxlamanın sinifdə apardığı araşdırma zamanı məlum olmuşdur ki, Ərəstun ümumiyyətlə məktəbi tanımır və valideyinlə direktor arasındakı danışıqlara əsasən şagird təhsilini məktəbə gəlmədən başa vurub. Yoxlamanı razı salmaq məqsədi ilə məktəbin direktor müavininə və həmən sinifdə dərs keçən fənn müəllimlərinə Gülnaz Kərimova ƏM - nin 186- cı maddəsinə uyğun olaraq töhmət verib.
Sual olunur: - bəs Gülnaz Kərimova sənə niyə töhmət və ya xəbərdarlıq edilmədi?
Hələ vəzifədən kənarlaşdırılıb, cinayət məsuliyyətinə cəlb olunmağını gündəmə gətirmirik.Axı rüşvəti sən alımışdın valideyindən. O müəllimlər heç bir valideyin tanımırdı.
İşin maraqlı tərəfi budur ki, həmin vaxtı məktəbdə Elm və Təhsil Nazirliyinin Daxili Nəzarət şöbəsinin əməkdaşları yoxlama aparmalı olduqları halda, bu yoxlama İlhamə Abdullayeva tərəfindən həyata keçirilib və korrupsiya əməli gizlədilib. Gələnlər isə Abşeron sektorunun əməkdaşları olmuşdular. İlhamə Abdullayevanın göstəriş və tapşırıqlarına əsasən məsələnin üstü ört-basdır edildi. Elm və Təhsil Nazirliyi isə susdu ( ? ). Söz sahibi isə İlhamə Abdullayeva olmuşdur: “ Gülnaz xanımın məktəbinə Daxili Nəzarət gələ bilməz, mən buradyam”.
Araşdırma 19: Məktəbin həyətində yerləşən sinif otağını öz yaxın rəfiqəsinə, məktəbin ingilis dili müəllimi, Gülşən Kərimovaya ayda 100 manat olmaqla arendaya verib. Gülnaz Kərimova məktəbdə 11 və 9 cu sinif attestatlarının yazılmasını qeyri qanuni olaraq adı çəkilən bu müəlliməyə həvalə edib.
Araşdırma 20: Əldə etdiyimiz məlumatlarda adı çəkilən Gülşən Kərimova məktəbdə attestatların yazılmasına dair 5 (beş) manatdan valideyinlərdən rüşvət alması barədə səs yazısı və valideyn komitəsinin kartı var. Bu barədə yay aylarında sosial şəbəkələrdə yetərincə yazılar dərc olundu. Lakin Gülşən Kərimova barəsində məktəb rəhbərliyinin səyi nəticəsində heç bir tədbir görülmədi. Əksinə, Gülnaz Kərimova Güşən Kərimovaya töhmət verməklə işlərini başa vurmuş hesab etdi.
Sual olunur: - Bəs bu qədər qanun pozuntusunun (əslində cinayət işinin) içində itib batan bir direktor barəsində niyə heç bir tədbir görülmədi?
İlhamə Abdullayevanın marağı nədir ki, bu qədər cinayətin üstünü ört-basdır edir?
(Pənah Azəri
BakuNews.az)
Aftv.az
Gülnaz Kərimova öz vasalının qanundan kənar əməllərini gizlədir - CİNAYƏT HESAB EDİLƏN FAKTLAR ARAŞDIRMA
Təhsil
29, mar, 2024
10:29

Son xəbərlər
Şərurlu İsfəndiyar barəsində qərar verildi
23, apr, 2025
08:00
Sumqayıtda DƏHŞƏT
15, apr, 2025
08:30
Bakıda yarım milyon manat mənimsəyən "məşhur general"a hökm oxundu
15, apr, 2025
08:00
Tanınmış aparıcı yola görə Agentliyi məhkəmədə udub təzminat aldı – FOTO
24, mar, 2025
12:00
Özünü DTX əməkdaşı kimi təqdim edib sevgilisini aldatdı
23, mar, 2025
20:30
DTX-dən ƏMƏLİYYAT: Ordumuza aid videomaterialları
19, mar, 2025
00:34
Sahil Babayev TƏBİB-də “islahatlara” başladı – Əməkdaşların mükafatları kəsildi
12, mar, 2025
13:39
Prezidentdən müavinətlərlə bağlı FƏRMAN
12, mar, 2025
13:32
Sumqayıtda “Arzu” mərasim evinin fəaliyyəti dayandırıldı - VİDEO
7, mar, 2025
05:30
Bu müavinətlər artırıldı - Yeni məbləğlər
5, mar, 2025
13:00
Rəşad Nəbiyevin müavini təyin olunan Saməddin Əsədov KİMDİR? – DOSYE
5, mar, 2025
12:30
Azərbaycanda qurumlar birləşdirilir – SİYAHI
3, mar, 2025
05:00
Krediti qaytara bilməyən şəxs yalnız mülki məsuliyyət daşıyır?
2, mar, 2025
14:00
Moskvadan qələbə XƏBƏRİ GƏLDİ: Ukrayna məğlub olur - TƏCİLİ ❗
2, mar, 2025
13:30
Ailəsini rayona göndərdi, iki ay oteldə qaldı - Həbs olundu
2, mar, 2025
05:00
60 hakim yuxarı instansiya məhkəmələrinə irəli çəkilib
1, mar, 2025
06:30
Sumqayıt məktəbində QALMAQAL - Direktor müavinləri işdən çıxarıldı
1, mar, 2025
06:21
Ailəsini rayona göndərdi, iki ay oteldə qaldı - Həbs olundu
1, mar, 2025
05:02
İlham Əliyev fərman imzaladı
28, fev, 2025
13:30
Polislər niyə qapı-qapı sorğu aparır? - DİN-dən AÇIQLAMA
28, fev, 2025
13:00
Xocalı faciəsi qan yaddaşımız!
26, fev, 2025
08:37
Emil Əhmədov yüksək vəzifəyə təyin olundu
24, fev, 2025
11:30
Azərbaycanda general vəfat etdi (FOTO)
24, fev, 2025
11:23