Salyanda faciəvi qəza: İki nəfər həyatını itirdi, dörd nəfər xəsarət aldı

Hadisə
20, iyl, 2026 19:10

Salyan rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Aftv.az "Report"a istinadla xəbər verir ki, qəza rayonun Stansiya yaşayış massivində qeydə alınıb.
İlkin məlumata görə, "Toyota Prado" markalı avtomobil VAZ-2106 markalı avtomobillə toqquşub.
Hadisə nəticəsində iki nəfər həyatını itirib, daha dörd nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar təcili tibbi yardım briqadası ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Hazırda ölən və xəsarət alan şəxslərin kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb
10, iyl, 2026 10:00