Kürdəmirdə açıq sahədə yanğın - VİDEO

Video
10, fev, 2024 16:59

Kürdəmir rayonu, Şilyan kəndi ərazisində yanğın baş verib.
Aftv.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti Kürdəmir rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində açıq sahədə baş vermiş yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Ərazidə yerləşən nasosxana və ətraf sahələr yanğından mühafizə edilib.


Son xəbərlər