Samux rayonunun Köbər kəndini su basıb - VİDEO

Video
22, mar, 2024 16:51

Samux rayonunun Köbər kəndində bir sıra ərazilər subasmaya məruz qalıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar FHN-in Gəncə Regional Mərkəzinin qüvvələri dərhal əraziyə cəlb olunub.
Hazırda Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması işləri və digər təxirəsalınmaz tədbirlər, o cümlədən yağış sularının fərdi yaşayış evlərinə dolmaması üçün müvafiq tədbirlər həyata keçirilir.
Aftv.az

Son xəbərlər