Azərbaycanda rus dilində təhsilə maraq artmaqdadır. Valideynlər övladlarının rus dilində təhsil almasına can atırlar. Bunu hər il rus bölməsində yaşanan şagird sıxlığında da görmək mümkündür.
Dəfələrlə bu sıxlığın aradan qaldırılması üçün hansı addımların atılacağı müzakirə olunur. Elm və təhsil naziri Emin Əmrullayev jurnalistlər üçün keçirdiyi sonuncu brifinqdə məsələyə toxunaraq rus bölməsində əlavə siniflərin artırılmamasının səbəbinin müəllim çatışmazlığı olduğunu qeyd edib.
Lakin ilbəildən niyə belə həvəsin artdığı maraq doğurur. Təcrübə göstərir ki, rus dilini bilməyən və övladlarının dərslərinə elementar formada kömək edə bilməyən valideynlər niyəsə uşaqlarını rusca təhsilə yönləndirirlər.
Bəs rus dilini bilməyən valideynlər övladını niyə rusca təhsilə yönləndirir?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan təhsil sahəsi üzrə ekspert Elşən Qafarov övladının rus bölməsində təhsil almasını istəyənləri üç qrupa bölüb:
"Birinci kateqoriyaya aid olanlar özləri rusca təhsil alanlar, ailədə rusca danışanlardır. Onlar ölkədə rusca təhsilin verildiyini düşünüb övladlarını bu bölməyə yönəldirlər. İkinci, rus bölməsində təhsil alan uşaqların bir-birinə davranışları, münasibətləri daha mədənidir. Nəticə etibarı ilə fikirləşirlər ki, mənim övladım rus bölməsində oxuyursa, onun da davranışı, xarakteri o şəkildə olacaq. Üçüncü, kateqoriyada olan insanlar isə sadəcə “mənim də övladım rus bölməsində oxusun” prinsipini əsas götürürlər.
Birinci kateqoriyadan olanları başa düşürük. Düzdür, dövlət dilimiz Azərbaycan dilidir, biz milli xüsusiyyətlərimizi qoruyub saxlamalıyıq. Amma istənilən halda ailədə rusca danışılır və o səbəbdən də rus bölməsinə müraciət edirlər".
Ekspert Azərbaycan və rus bölməsi arasındakı fərqlərə toxunub:
"Rus bölməsində müəllimlər və uşaqlar arasında ümumi davranış, ünsiyyət doğru-düzgün seçilir. Azərbaycan bölməsində bu belə deyil. Nəticə etibarı ilə bu iki bölmə arasında tərbiyə sistemində ciddi fərqlər meydana gəlir.
Birinci növbədə ölkənin bütün ümumtəhsil müəssisələrində bilməlidirlər ki, 2014-cü ildə Təhsil Nazirliyinin qərarı ilə müəllimlərin etik davranış qaydaları müəyyən olunub. Həmin qaydalarda konkret olaraq göstərilib ki, müəllim şagirdlə ünsiyyət zamanı doğru ünsiyyət tərzi seçməlidir. Müəllim şagirdə soyadla, rəsmi müraciət etməlidir. Yəni pərdəni qaldırmamalıdır".
O, bunun digər tərəfini isə xarici dilin tədrisindəki axsamalarda görüb:
"Rus dili xarici dildir, hər hansı xarici dili bilmək insana əlavə şərait yaradır. Valideyn də fikirləşir ki, övladım ən azı bir xarici dili bilmiş olacaq. Bunun da qarşısını almaq üçün ümumi təhsil məktəblərində xarici dilin tədrisini yaxşılaşdırmalıyıq. Ölkənin təhsil sistemində 30 minə yaxın xarici dil müəllimi var, onların 1 faizi, 300 nəfəri, bəlkə də tədris etdiyi dildə normal ünsiyyət saxlaya bilir”.
Ekspert əlavə edib ki, təhsil haqqında qanunlara baxsaq görərik ki, konkret şəkildə tam orta məktəbi bitirən məzunlar bir və ya bir neçə xarici dildə ünsiyyət saxlamağı bacarmalıdır:
“Hazırda məktəblərdə işləyən xarici dil müəllimləri özləri tədris etdiyi fəndən ünsiyyət saxlaya bilmirlərsə, şagird və məzunlar necə saxlasınlar?! Xarici dil müəllimlərinin peşəkarlığına diqqət etmək lazımdır. Təklif edirik ki, xarici dil müəllimlərinin sertifikasiyanın müsahibə mərhələsi yarım saat olsun və tədris etdikləri dildə aparılsın. Müəllimlərin işə qəbulunda da, xarici dil müəllimlərinin hazırlığında da bu məsələ olmalıdır. Bu məsələlərə diqqət olunsa, rus bölməsinə axın azalacaq.
Eyni zamanda, tədris tamamilə Azərbaycan dilinə çevrilməlidir. Kim istəyir ödənişli əsaslarla başqa dildə təhsil alsın. Düşünürəm ki, bu da uzaqda deyil, yaxın iki ayda məktəblərin publik hüquqi şəxsə çevrilməsi ilə bağlı addımlar atılacaq. Məktəblər artıq ödənişli şəkildə təhsil vermək hüququnda olacaqlar".
Aftv.az
Rus dilini bilməyən valideynlər niyə övladını rusca təhsilə YÖNLƏNDİRİRLƏR?
Təhsil
16, mar, 2024
11:11
Son xəbərlər
Çətənə kolları yetişdirən şəxs həbs olundu
16, avq, 2024
17:22
Nazirdən tibb işçiləri ilə bağlı əmr
16, avq, 2024
16:53
Feyziyevə məxsus olduğu deyilən şirkətə qarşı ittiham
16, avq, 2024
16:51
Xaricə gedən vətəndaşların çoxu kişilərdir
16, avq, 2024
16:47
Kreml Putinin Azərbaycana səfər edəcəyi tarixi AÇIQLADI
16, avq, 2024
16:44
Bakıda restoranın fəaliyyəti dayandırıldı - FOTO
16, avq, 2024
14:34
Sumqayıtda qumbara partlayıb, 66 yaşlı kişi ölüb
16, avq, 2024
13:57
Günay Ağamalı mediada hansı hadisə ilə “MƏŞHUR” oldu - Deputatın namizəd qızı
16, avq, 2024
13:41
Qəbələdə toyda zəhərlənən 55 nəfərin son durumu AÇIQLANDI
16, avq, 2024
12:39
Afət bu görüntüyə görə ərindən boşanır - VİDEO
16, avq, 2024
11:38
"Casablanca Travel" şirkətinin rəhbəri həbs edilib?: MÜŞTƏRİLƏR ÜSYAN EDİR
16, avq, 2024
11:33
Sabiq məmur siyasətə qayıdır - "Qudalar İttifaqı" yenidən aktivləşəcək?
16, avq, 2024
10:57
Talıbovlarla bağlı SENSASİYA - İki deputat mandatını...
16, avq, 2024
10:51
Şahin İsmayılov kimdir?- Seçicilər tanımadı……
16, avq, 2024
10:41
Qətlə yetirilən iki uşaq atası Hüseyn Feyzullayevin GÖRÜNTÜLƏRİ
16, avq, 2024
10:31
Ordumuzun mövqeləri atəşə tutuldu - MN
16, avq, 2024
10:23
Yeni səfir, köhnə gərginlik: Ermənistan-Rusiya münasibətləri yön dəyişdirir?
16, avq, 2024
10:21
Atası ilə yanaşı dəfn edilən Nəsibə Məmmədovanın payızda toyu olacaqmış - VİDEO
16, avq, 2024
10:20
Qaradağda insanların yolunu bağlayan sahibkarların məqsədi nədir VİDEO
15, avq, 2024
18:00
Merkel aşiqi deputatlığa namizəd ortalarda yoxdur - FOTO, VİDEO
15, avq, 2024
17:44
Bakıya içməli suyun verilməsi sabah tam bərpa ediləcək
15, avq, 2024
17:22