Bu günlərdə Astara rayonunda işdən qovulan və ciddi rezonans yaradan "təhsil fironu" Elçin Mirzəzadə barədə hələ 2020-ci ildə, müstəqil qeyri-hökümət təşkilatı olan "Təhsil Araşdırmalar Mərkəzi"nin hesabatında ciddi nüanslar yer almışdı. Bu gün etibarilə, doğruluğu artıq sübut olunan həmin hesabatdan müvafiq hissələri, kiçik ixtisarla təqdim edirik:
"Araşdırmalar nəticəsində sübut olunmuşdur ki, həqiqətən də Astara şəhər F. Əliyarov adına məktəbin 2016-2018-cu illər ərzində direktoru olmuş Mirzəzadə Elçin Mirzağa oğlu, direktorluq üçün yetərli dünyagörüş və hazırlığa sahib olmamış, azərbaycan dilini normal bilməmiş, işində ciddi səhlənkarlıqlara və maxinasiyalara yol vermiş, konkret desək, bəzi müəllimlərin dərs fəaliyyətindən uzaq olmalarına hansısa maraqlar müqabilində göz yummuş, tarix müəllimi olaraq özünə yazdığı dərsləri bir qayda olaraq tədris etməmiş, ümumiyyətlə öz fənnindən hazırlığı olmamış, tabeliyində olan işçilərə ümumilikdə həqarətlə yanaşmış, anormal meyarlar əsasında fərq qoymuş, bəzi müəllimlərin dərs saatlarını səbəbsiz yerə kəsmişdir. Ən əsası, şagirdlərlə ünsiyyət və davranış qaydalarını aşkarca pozmuş, onların tərbiyə və əxlaqi keyfiyyətlərinin pozulmasına səbəb olacaq yersiz və ədəbsiz ifadə və hərəkətlərə yol vermiş, hətta bəzən təhqir etmişdir (məsələn, çalışqan və nümunəvi şagird Günay Bağıyevanı təhqir edib hədələmiş və bullinqə məruz qoymuşdur). Həmçinin, 2017-ci ildə 23 fevral tarixini-bədnam “kişilər günü”ünü məktəbdə təntənəli qeyd edəcək qədər dövlətə və xalqa xəyanət hesab olunacaq addım atmışdır. Məktəbdə 2018-ci ildə işə başlayan və Yunis Dürüst ləqəbi ilə tanınan psixoloqu (hüquqi adı: Daşqın Əliyev), məktəbin anormal durumuna qarşı çıxdığı üçün çeşidli haqsızlıqlara məruz qoymuş, dəfələrlə təhqir etmiş, ona zəruri olan iş otağı verməmiş və fəaliyyətini məhdudlaşdırmış, tamamilə qeyri-peşəkar formada yazılmış qanunsuz həmkarlar iclası qərarı ilə işdən çıxartmışdır. Bütün bu qanunsuzluqlara rayon təhsil şöbəsinin rəhbəri Rəşad Həsənov dəstək vermişdir. Belə ki, R. Həsənov, onunla görüşən və konkret sübutlar təqdim edən Daşqın Əliyevi vədlər verməklə “yola verməyə” və nəticədə vaxt qazanmağa çalışmışdır. Sonradan Elçin Mirzəzadəni işdən çıxarsa da, bu, sadəcə, “gözdən pərdə asmaq” üçün edilmişdir, belə ki, savadsız və ləyaqətsiz bu şəxsi, nə qədər qəribə olsa da, sonradan özünə “baş məsləhətçi” təyin etmişdir və bununla da, əslində, özünün də hansı səviyyə və ləyaqətə sahib olduğunu aşkarca göstərmişdir".
Mövzuyla bağlı hazırlanan sujeti təqdim edirik:
(BakuNews.az)
Aftv.az
Astara Təhsilinin "Məsləhətçisi" Elçin Mirzəzadəni LARTİ Müdiri Pis Maddəylə "Çıxarıb" HAQQINDA HESABAT AÇIQLANAN "TƏHSİL İŞÇİSİ" BİABIRÇILIQLA QOVULDU
Təhsil / Video
4, mar, 2024
17:35
Son xəbərlər
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30
İranın hücumları ABŞ ordusunda ağır itkilərə səbəb oldu: 100-ə yaxın yaralı
21, iyl, 2026
08:00
Türkiyədə Rusiya–Ukrayna danışıqları: Güzəşt mümkün olacaq?
20, iyl, 2026
19:50
“Qızıl top”un ikiqat qalibi Kevin Kiqan vəfat edib
20, iyl, 2026
19:30
Salyanda faciəvi qəza: İki nəfər həyatını itirdi, dörd nəfər xəsarət aldı
20, iyl, 2026
19:10
Moldovada benzin ehtiyatı tükənir: Ölkənin cəmi 18 günlük yanacağı var
20, iyl, 2026
19:00
Çayxanada müştərini bıçaqlayan şəxsə hökm oxundu
10, iyl, 2026
10:20
Samur çayının su ehtiyatları ilə bağlı yekun sənəd imzalandı – FOTO
10, iyl, 2026
10:20
İndoneziya enerji sahəsində ilkə imza atdı
10, iyl, 2026
10:10
Mbappedən tarixi uğur: 44 illik rekord qırıldı
10, iyl, 2026
10:08
Azərbaycan nefti ucuzlaşıb
10, iyl, 2026
10:00
Bakıda qadına silahlı hücum: Keçmiş əri şübhəlilər arasındadır
9, iyl, 2026
17:40
Diqqət: Bakının bəzi hissələrində qaz olmayacaq
9, iyl, 2026
17:30
XİN-in kollektivi Zəfər parkı və Zəfər abidəsini ziyarət edib - FOTO
9, iyl, 2026
12:30