Emin Əmrullayevin arxiv görüntüsü yayıldı - FOTO

Təhsil
19, fev, 2024 11:52

Elm və Təhsil naziri Emin Əmrullayevin arxiv fotosu yayılıb.
Aftv.az Baku.ws-ə istinadən xəbər verir ki, dövlət rəsmisinin şəkili 11 il əvvəl çıxış etdiyi konfranslardan birində lentə alınıb.
Nazir həmin vaxtlar özəl təhsil müəssisəsinin keyfiyyətə nəzarət üzrə direktor müavini çalışıb.
2013-cü ildə TEDxBakı konfransı zamanı çəkilən fotoda Elm və Təhsil nazirinin 31 yaşı olub.
Xatırladaq ki, Emin Əmrullayev 1982-ci il dekabrın 30-da Bakıda anadan olub.
1999–2003-cü illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati İdarəetmə fakültəsində təhsil alıb, 2003-cü ildə bu ali təhsil müəssisəni fərqlənmə diplomu ilə bitirib.
Prezidenti İlham Əliyevin 27 iyul 2020-ci il tarixli sərəncamı ilə Emin Əmrullayev Azərbaycan Respublikasının təhsil naziri təyin edilib.

Son xəbərlər