Şahbuz rayon Sələsüz kənd tam orta məktəbinin 7-ci sinifində oxuyan qız şagirdlərdən biri döyülüb, daha sonra isə, əxlaqsız söyüşlərlə təhqir olunub. Ona qarşı bu hərəkəti edənlərin isə məktəbin dərs hissə müridi Çiçək Novruzova və Uşaq Birliyinin rəbhəri Sahilə Həsənovanın olduğu bildirilir.
Bu haqda „Gündəlik Naxçıvan“a zərərçəkən şagirdin qohumları məlumat veriblər.
Onlar deyirlər ki, bir neçə müəllim və şagirdin gözü qarşısında baş verən bu hadisəyə zərərçəkən şagirdin Sahilə Həsənovanın nəvəsi ilə dalaşması səbəb olub. Yəni, müəllimin şagirdi döyüb, təhqir etməsi öz nəvəsinin qisasını almaq məqsədi daşıyıb:
„İki şagird öz aralarında mübahisə ediblər. Bu normal haldır və demək olar ki, hər məktəbdə hər gün baş verir. Belə halda hər iki uşaqla söhbət aparılmalıdır, problem yoluna qoyulmalıdır. Lakin, Sahilə müəllim araşdırmadan nəvəsinin tərəfini tutub, bu azmış kimi, bizim uşağı otağa qatıb, əlavə olaraq, dərs hissə müdirini köməyə çağırıb. Onlar bir neçə uşağın qarşısında qızın saçından yolub, fiziki güc göstərib, onu hündür səslə küçə söyüşləri ilə təhqir ediblər. Bundan xəbər tutan valideynlər söhbət aparmaq üçün məktəbə getsələr də, onlar da təhqir olunaraq, qapıdan qovulublar. Sonda da deyiblər ki, əgər harasa şikayət etsələr, qız məktəbdən qovulacaq“.
Qohumları deyir ki, təhqir olunan şagird aldlğı psixolji travmaya görə, bir daha məktəbə getmək istəmir:
“Uşaq həm qorxub, həm də başqalarının gözü qarşısında təhqir olunmasını, alçaldılmasını özünə sığışdıra bilmir. O, ağır psixoloji sarsıntı keçirib. Deyir ki, mən bir daha məktəbə gedib, heç kimin gözünə görünmək istəmirəm. Valideynləri polisə şikayət etdilər. Polis də məktəbə gəlib, müəllimlərin tərəfini saxladı. Sahə müvəkkili dedi ki, belə şeylər məktəbdə normal haldır. Ümid edirik ki, hadisə ictimailəşdikdən sonra aidiyyatı qurumlar obyektiv araşdırma aparılacaq, qız şagirdinə qarşı fiziki güc tətbiq edən, əxlaqsız söyüşlər söyərək ictimayyət qarşısında alçaldanlar öz layiqli cəzalarını alacaqlar”.
Adı çəkilən məktəbdən hadisəyə münasibət bildirmək istəmədilər.
Aftv.az
Şahbuzda müəllimlərin 7-ci sinifdə oxuyan qıza qarşı VƏHŞİLİYİ...
Təhsil
18, mar, 2024
16:47
Son xəbərlər
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30
İranın hücumları ABŞ ordusunda ağır itkilərə səbəb oldu: 100-ə yaxın yaralı
21, iyl, 2026
08:00
Türkiyədə Rusiya–Ukrayna danışıqları: Güzəşt mümkün olacaq?
20, iyl, 2026
19:50
“Qızıl top”un ikiqat qalibi Kevin Kiqan vəfat edib
20, iyl, 2026
19:30
Salyanda faciəvi qəza: İki nəfər həyatını itirdi, dörd nəfər xəsarət aldı
20, iyl, 2026
19:10
Moldovada benzin ehtiyatı tükənir: Ölkənin cəmi 18 günlük yanacağı var
20, iyl, 2026
19:00
Çayxanada müştərini bıçaqlayan şəxsə hökm oxundu
10, iyl, 2026
10:20
Samur çayının su ehtiyatları ilə bağlı yekun sənəd imzalandı – FOTO
10, iyl, 2026
10:20
İndoneziya enerji sahəsində ilkə imza atdı
10, iyl, 2026
10:10
Mbappedən tarixi uğur: 44 illik rekord qırıldı
10, iyl, 2026
10:08
Azərbaycan nefti ucuzlaşıb
10, iyl, 2026
10:00
Bakıda qadına silahlı hücum: Keçmiş əri şübhəlilər arasındadır
9, iyl, 2026
17:40
Diqqət: Bakının bəzi hissələrində qaz olmayacaq
9, iyl, 2026
17:30
XİN-in kollektivi Zəfər parkı və Zəfər abidəsini ziyarət edib - FOTO
9, iyl, 2026
12:30