Bu gün maraqlı bir eksperiment eledik. Sosial şəbəkələrdə (həm də xalqımız arasında, çünki sosial şəbəkələr elə bizim xalqdı) çox qısa zamanda məşhurlaşmış Kəmalə Günəşli adlı müğənni ilə müsahibə elədik.
Kəmalə Günəşli, Tamara, Niqulya kimi adlarla məşhurlaşmış, biabırçı, heç bir məzmunu olmayan “mahnılar” oxuyan bu xanımı uca xalqımız çox qısa müddətdə varlandırdı, ev-eşik, maşın, qızıl-brilyant sahibi elədi. Bəli, bəli, məhz uca xalqımız elədi.
İkisinin də sağlığına qismət...
Biz müsahibəni alanda bilirdik ki, uca xalqımızın ancaq media üçün “elit takılan” nümayəndələri sosial şəbəkələrdə bizi qınayacaq, hətta təhqir edəcək. Amma axşam yenə gedib toylarına, ad günlərinə, dost-tanış məclislərinə Kəmalə xanımı çağıracaqlar. Hələ üstəlik əllərini də arada nəzir qutusu kimi 100 manatlıq və dollarlıqlarla dolduracaqlar. O xanım da bunu çəkib sosial şəbəkələrdə paylaşacaq. Uca xalqımız da bunu izləyəcək, bir-birinə göndərəcək, hətta o birilər də məclislərinə onu çağırmaq üçün yarışacaqlar.
Hələ ən ağırı o olacaq ki, yanında toya apardığı xanımına 100 manatlıq paltar almayan bir bəy o biri bəylərdən geri qalmamaq üçün Niqulya xanımın ovcuna növbəti 100-lüyü basacaq. Amma bunlar gəlib, məsələn, lent.az-ın səhifəsində “aa, Niqulyadan müsahibə almısınız, sizə ayıb olsun, səviyyəsizlər” yazmaqla səviyyələrini artıracaqlar, camaata “elit”, yüksək dəyər sahibləri və böyük musiqinin mühafizəçiləri kimi görünəcəklər. Neçə illərdi jurnalistəm deyib, cümlənin mübtədası ilə xəbərinin yerini hələ də düz yaza bilməyənlər də bir yandan zəhləmizi tökəcək. Sən Allah, gedin ayıbınıza kor olun!
Kəmalə Günəşli adlı bu müğənninin instaqram hesabını 794 min adam izləyir. 794 min! Tiktok səhifəsinin 362 min abunəçisi var. Videolarına 12.8 milyon baxış olub! Ayrı-ayrı videolarına 100 minlərlə baxış var.
Sual yaranır, kimdi bu adamlar? Çinlilərdi, ya yaponlar? Bəlkə uzaq Braziliyadan qulaq asırlar sizin Kəmalə Günəşliyə? Bu uca xalqımızın elit nümayəndələri, sizsiniz, Kəmalə Günəşlini varlandıran da, məşhurlaşdıran da, bizi ondan müsahibə almağa məcbur edən də.
Kəmalə Günəşlini söyməyə öyrəşdiyiniz media, televiziya məşhurlaşdırmayıb. Onu Siz məşhurlaşdırmısınız, çünki sosial şəbəkələrdəki sizsiniz. Onun lent.az redaksiyasına gəldiyi “Lexus”u (Sağlığına qismət!) Siz almısınız. Məhz Siz! O heç bir korrupsiya proyektinin iştirakçısı deyil, tender əməliyyatlarında iştirak etməyib. Özünüzdən hoqqa da çıxartmayın, onu varlılar da məclislərinə dəvət eləmir.
Varlılar bir vaxt sizin kabinetlərdə, palatka toylarında guya lağ üçün oxudub (indi Kəmaləyə etdiyiniz bəhanə kimi), varlandırıb, indi əliniz çatmayan, ad, titul, çoxlu pul qazananları toylarına, məclislərinə çağırır.
Kəmalə Günəşli özü demiş, “ kasıb-kusub”un müğənnisidi.
Baxdığınızı, pul xərclədiyinizi, məşhurlaşdırdığınızı Sizə göstərmişik, həm də bütün “səviyyəsi” ilə, niyə qəzəblənmisiniz?
Səmimi olmağı öyrənin, bütün problemlər yalnız bundan sonra həll olunacaq...
(Cavidan HUN
LENT.az)
Aftv.az
Sən Allah, gedin ayıbınıza kor olun...
Şou
20, noy, 2024
13:08
Son xəbərlər
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30
İranın hücumları ABŞ ordusunda ağır itkilərə səbəb oldu: 100-ə yaxın yaralı
21, iyl, 2026
08:00
Türkiyədə Rusiya–Ukrayna danışıqları: Güzəşt mümkün olacaq?
20, iyl, 2026
19:50
“Qızıl top”un ikiqat qalibi Kevin Kiqan vəfat edib
20, iyl, 2026
19:30
Salyanda faciəvi qəza: İki nəfər həyatını itirdi, dörd nəfər xəsarət aldı
20, iyl, 2026
19:10
Moldovada benzin ehtiyatı tükənir: Ölkənin cəmi 18 günlük yanacağı var
20, iyl, 2026
19:00
Çayxanada müştərini bıçaqlayan şəxsə hökm oxundu
10, iyl, 2026
10:20
Samur çayının su ehtiyatları ilə bağlı yekun sənəd imzalandı – FOTO
10, iyl, 2026
10:20
İndoneziya enerji sahəsində ilkə imza atdı
10, iyl, 2026
10:10
Mbappedən tarixi uğur: 44 illik rekord qırıldı
10, iyl, 2026
10:08
Azərbaycan nefti ucuzlaşıb
10, iyl, 2026
10:00
Bakıda qadına silahlı hücum: Keçmiş əri şübhəlilər arasındadır
9, iyl, 2026
17:40
Diqqət: Bakının bəzi hissələrində qaz olmayacaq
9, iyl, 2026
17:30