Mərhum Xalq artisti Mirzə Babayevin nəvəsi Emin Babayev son günlər gündəmə səbəb olan müsahibəsi ilə bağlı danışıb.
O, OLAY-a açıqlamasında bildirib ki, sözügedən müsahibəni pandemiyadan öncə verib:
“O müsahibəni pandemiya elan olunduqdan əvvəl vermişəm. Lakin o müsahibədə yazılan bir çox məqamlar təhrif olunub və cəfəngiyyatdır. Mən bu müsahibəni yazan jurnalistin öz vicdanına buraxıram. Mən bu cəfəngiyyatı müzakirə etmək niyyətində deyiləm. Heydər Əliyev Sarayında babamın yubiley konserti keçirildi. Brilliant Dadaşova da gəlib o gecədə iştirak etdi. Əgər Brilliant xanımla münasibətim pis olsaydı, o, babamın yaradıcılıq gecəsinə gəlib, 3 mahnı oxuyardı? Əgər Brilliant xanım gəlibsə, çıxış edibsə, mənimlə görüşübsə, nəticəni özünüz çıxarın – yazılanlar düzdür yoxsa yox... Mənim sizə verə biləcəyim cavab da budur”.
E.Babayev babasının duet ortağı ilə münasibətlərinin yaxşı olduğunu qeyd edib:
“O müsahibədə çox sayda səhvlər, qeyri-dəqiq informasiya var. Xanım jurnalist yazıb ki, atam 54 yaşında dünyasını dəyişib, halbuki 57 yaşında rəhmətə gedib. Xasiyyətcə elə insanam ki, müsahibə üçün zəng edəndə heç kimə rədd cavabı vermirəm. Çünki babamın xatirəsi yad edilir, sağ olsunlar. Amma sonradan həmin müsahibəni oxuyub peşman olursan. Niyə belə, birinin üstünə beşini qoyub yazmısan? Olmaz axı...
Babamın yubiley konsertinə Brilliant xanımı özüm çağırmışam. Əgər mənim adımdan o müsahibədə yazılanlar doğru olsaydı, Brilliant xanımı gecəyə dəvət etməzdim və o da gəlməzdi. Orada doğru olan odur ki, babam dünyasını dəyişəndə Brilliant xanım dəfndə iştirak etməyib. Sonrada bəlli oldu ki, həmin vaxt xarici ölkədə olub və bu səbəbdən dəfnə gələ bilməyib. Son illər Brilliant xanım və babam arasında soyuqluq var idi. Bəlkə də kimsə onların aralarını vurub və ya həqiqitən də aralarında nələrsə olub... Amma mən bunu qalmaqal saymıram. Olur da... Yəni, insanlar arasında söz-söhbət olur. Bunu axı niyə qalmaqal kimi təqdim edirlər? Müsahibədə dediklərimi alt-üst edib qalmaqal kimi qələmə verirlər”.
Qeyd edək ki, sözügedən müsahibə ötən günlərdə kulis.az saytında yayımlanıb.
Rəşad Əliyev
Aftv.az
“Yazılanlar cəfəngiyyatdatdır” - Brilliantı müdafiə etdi!
Şou
8, avq, 2024
15:22
Son xəbərlər
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30
İranın hücumları ABŞ ordusunda ağır itkilərə səbəb oldu: 100-ə yaxın yaralı
21, iyl, 2026
08:00
Türkiyədə Rusiya–Ukrayna danışıqları: Güzəşt mümkün olacaq?
20, iyl, 2026
19:50
“Qızıl top”un ikiqat qalibi Kevin Kiqan vəfat edib
20, iyl, 2026
19:30
Salyanda faciəvi qəza: İki nəfər həyatını itirdi, dörd nəfər xəsarət aldı
20, iyl, 2026
19:10
Moldovada benzin ehtiyatı tükənir: Ölkənin cəmi 18 günlük yanacağı var
20, iyl, 2026
19:00
Çayxanada müştərini bıçaqlayan şəxsə hökm oxundu
10, iyl, 2026
10:20
Samur çayının su ehtiyatları ilə bağlı yekun sənəd imzalandı – FOTO
10, iyl, 2026
10:20
İndoneziya enerji sahəsində ilkə imza atdı
10, iyl, 2026
10:10
Mbappedən tarixi uğur: 44 illik rekord qırıldı
10, iyl, 2026
10:08
Azərbaycan nefti ucuzlaşıb
10, iyl, 2026
10:00
Bakıda qadına silahlı hücum: Keçmiş əri şübhəlilər arasındadır
9, iyl, 2026
17:40
Diqqət: Bakının bəzi hissələrində qaz olmayacaq
9, iyl, 2026
17:30