“Burada müxtəlif ölkələrdən toylara dəvət alıram”.
Bunu Kult.az-a müsahibəsində müğənni Elariz Məmmədoğlu deyib. Müsahibəni təqdim edirik:
- Elariz bəy, necəsiniz? Artıq neçə ildir ki, Amerikadasınız. Yəqin, darıxırsınız...
- Allaha şükür olsun ki, yaxşıyam. Bir balaca səhhətimdə narahatlıq var idi, onu da buradakı həkimlər yoluna qoydular. Düz beş il üç aydır ki, Amerikadayam. Əlbəttə ki, darıxıram. Dünyanın harasında yaşasam da, Azərbaycan mənim vətənimdir. Azərbaycanla bağlı yaxşı nə eşidirəmsə, çox sevinirəm.
- Çətin olmadımı? Azərbaycanda sevilirdiniz, toylara gedirdiniz, birdən-birə də hər şeyi qoyub getdiniz.
- Azərbaycanda hər şey qaydasında idi. Sadəcə, mən “yaşıl kart” (green card) qazandım və bir il doqquz ay düşündüm, gedim, ya getməyim? Belə qərara gəldim ki, ABŞ-yə “yaşıl kart” qazanmaq şansı həyatda bir dəfə olur. Yalnız vətən üçün darıxmaq məni incidir. Mən rus dilini bildiyim üçün burada çalışmaq bir o qədər də çətin olmadı. Bruklin şəhərinin 90%-i rusdillidir. Burada biz, demək olar ki, gün ərzində ingilis dilini eşitmirik. Tanınmış adam olduğuma görə də bəzi işlərim rahat getdi. Məsələn, biləndə ki gəlmişəm, özləri məni işə dəvət etdilər. Eyni zamanda, konsertlərimi təşkil etdilər, toylara dəvət etdilər.
- Adətən, insan öz vətənindən kənarda uzun müddət əziyyət çəkir. Yeni dostlar tapmaq, iş qurmaq - bunlar sizin üçün rahat oldumu?
- Dost tapmaq mənim üçün heç zaman çətin olmayıb. Burada yeni dostlar, yeni çevrəm var. İş qurmaq, əslində, çətin deyildi, amma koronavirus olmasaydı.
- Maraqlıdır, orada nə işlə məşğul olursunuz? Media restoran biznesi ilə məşğul olduğunuzu yazır. Doğrudurmu?
- Mənim xoşbəxtliyim ondadır ki, Bakıda məşğul olduğum işlə elə ABŞ-də də məşğulam: axşamlar ya toy, ya banket, arabir də konsertlər, səsyazma studiyası… Restoranda isə oxuyuram. Vaxtım yalnız öz sevimli işimə gedir.
Mən yeni gələndə ABŞ-də yaşayan azərbaycanlılar mediadan mənim burada olduğumu bildilər, xeyirli işlərə dəvət etdilər. Nyu-York, Nyu-Cersi, Texas, Minnesota, Şimali Karolina, İndiana, Kolorado ştatlarında, Boston şəhərində, eyni zamanda, Kanadanın Toronto şəhərində toylara dəfələrlə dəvət almışam. Unutduğum şəhərlərdə yaşayanlar lütfən məndən inciməsinlər.
- İxtisasınız rejissorluqdur. Nə əcəb, bu sahə üzrə çalışmadınız?
- İncəsənət aləmində mənim üç əsas ixtisasım var. Musiqi təhsilim - vokal, rejissorluq və aktyorluq. Bunlar mənim professional səviyyədə ixtisaslarımdır. Digər istedadlarımı həvəskar səviyyə sayıram, məsələn, şeir yazmaq, musiqi bəstələmək, mahnı mətni yazmaq, ssenari yazmaq, rəqs etmək. Universitet illərində düşünürdüm, hansı işlə məşğul olum? Təhsilim mənə aktyor, rejissor və müğənni olmaq imkanı verirdi. Mən müğənniliyi seçdim və şükür Allaha ki, uğurlarım oldu. Amma bir neçə klipimdə aktyor kimi, bəzilərində də rejissor olmuşam. Bir neçə serialda, filmdə aktyor kimi də çalışmışam. “Kişiləri qoruyun” filmində iki obrazda çəkilmişəm.
- ABŞ-də film çəkmək istəyərsinizmi?
- Mənim rejissorluq istəyim böyükdür. Azərbaycanın xeyrinə ABŞ-də bədii film çəkə bilərəm, sadəcə, çəkiliş üçün böyük vəsait lazımdır. Olsa, çox maraqlı ola bilərdi.
- 2000-ci ildə daha çox “Devuşka v pesoçnom sarafane” hitiylə məşhurlaşdınız, sonra da tvist üslubunda “Tup-tup” mahnısına klip çəkildi, 2001-ci ildə də rok-n-roll üslubunda “Dans-dans” mahnısı və klipiniz məşhurlaşıb. Bəs siz özünüz hansını ən yaxşı mahnınız hesab edirsiniz?
- Mənim repertuarımda sevdiyim mahnı var, əfsuslar olsun ki, Azərbaycan radioları onu kifayət qədər səsləndirmədilər. Yəqin, mən Amerikaya gəldim, ona görə də mahnı unuduldu. Sözügedən mahnı “Hədiyyə” adlanır. Mahnının musiqisini Parisdə yazmışam, sözlərini isə Bakıda.
- ABŞ-dən baxanda Azərbaycan musiqisi sizin üçün necə görünür?
- Azərbaycan musiqi mədəniyyəti hər vaxt yüksəkdə olub. Düşmənlərimiz bizim mahnıları və rəqsləri öz adlarına çıxaranda mənə pis təsir edir. Bizim musiqiçilərimiz çox inkişaf ediblər. Xüsusən, fortepiano, qarmon və nağara sənəti inkişafdadır. Fortepianoda Emil Əfrasiyab, Şahin Növrəsli, Nizami Əliyev, qarmonda Ənvər Sadıxov, Orxan Mirnatiqoğlu, nağarada Natiq Şirinov daim inkişafdadırlar. Təəssüf ki, Azərbaycan musiqisində bas gitaraçılar azdır. Bu hissə zəif görünür. Mən Azərbaycanda toylara gedəndə hər vaxt özümlə zərb və bas gitara aparmışam. Zərbi Azərbaycan toylarında dəbə sala bildim, amma bas gitaranı bacarmadım. Həmişə mənə irad tutub deyirdilər, sən niyə toylara bas gitara aparıb əlavə pul verirsən? Mən isə belə adamlara ürəyimdə gülüb düşünürdüm ki, bu adam nə bilir, bas gitara musiqinin bünövrələrindən biridir? Bu barədə Azərbaycan Xalq artisti, gözəl sənətkar Yalçın Rzazadə ilə maraqlı söhbətimiz olub. Uzun sözün qısası, bu gün musiqimizdə bas gitaraya böyük ehtiyac var.
- Hazırda yeni albomunuz varmı?
- Mən hər vaxt yeni albom, yeni mahnılar üzərində çalışıram. Sosial şəbəkədə izləsəniz, yeni işlərimi də görə bilərsiniz.
- Birdəfəlik qayıtmağı düşünürsünüz?
- Əslində, mən vətənim Azərbaycandan getməmişəm, ABŞ-yə müvəqqəti gəldim. Həmvətənlərimiz Rusiyaya gedir, orada beş-altı il çalışır və sonra qayıdırlar Azərbaycana. Hər kəs bilir ki, vətənimiz Azərbaycandır. Mən Rusiyaya deyil, ABŞ-yə getmişəm. Azərbaycan canımız, Bakı ürəyimizdir!
Aftv.az
Elariz Məmmədoğlu: “Toylara bas gitara aparanda mənə irad tuturdular” - MÜSAHİBƏ
Şou
15, apr, 2024
10:53
Son xəbərlər
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30
İranın hücumları ABŞ ordusunda ağır itkilərə səbəb oldu: 100-ə yaxın yaralı
21, iyl, 2026
08:00
Türkiyədə Rusiya–Ukrayna danışıqları: Güzəşt mümkün olacaq?
20, iyl, 2026
19:50
“Qızıl top”un ikiqat qalibi Kevin Kiqan vəfat edib
20, iyl, 2026
19:30
Salyanda faciəvi qəza: İki nəfər həyatını itirdi, dörd nəfər xəsarət aldı
20, iyl, 2026
19:10
Moldovada benzin ehtiyatı tükənir: Ölkənin cəmi 18 günlük yanacağı var
20, iyl, 2026
19:00
Çayxanada müştərini bıçaqlayan şəxsə hökm oxundu
10, iyl, 2026
10:20
Samur çayının su ehtiyatları ilə bağlı yekun sənəd imzalandı – FOTO
10, iyl, 2026
10:20
İndoneziya enerji sahəsində ilkə imza atdı
10, iyl, 2026
10:10
Mbappedən tarixi uğur: 44 illik rekord qırıldı
10, iyl, 2026
10:08
Azərbaycan nefti ucuzlaşıb
10, iyl, 2026
10:00
Bakıda qadına silahlı hücum: Keçmiş əri şübhəlilər arasındadır
9, iyl, 2026
17:40
Diqqət: Bakının bəzi hissələrində qaz olmayacaq
9, iyl, 2026
17:30