“Efirlərimizdə bu gün elə aparıcılar var ki, aparıcılıq etməsələr, daha yaxşı olardı. Əlbəttə ki, bu sözlərim hər aparıcıya aid deyil. İnsanlar şəxsi həyatlarını, öz ayıblarını verilişlərdə açıb-ağardırlar, aparıcılar da onlara şərait yaradır. Allah ayıbları örtəndir. Deyirlər ki, sən başqasının ayıbını ört, Allah da sənin ayıbını örtər. Bu gün efirlər ayıb açır. Və yaxud da insanlar öz xanımlarının, qayınanalar öz gəlinlərinin, xanımlar öz ərlərinin, gəlinlər qayınanalarının ayıblarını açırlar”.
Bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Xuraman Şuşalı deyib. O daha sonra əlavə edib:
“Düşünürəm ki, buna ciddi nəzarət olmalıdır. Efirlərimiz qeybət yeri, arvad bazarı olub. Çox istərdim ki, efirlərimizdə bunlar olmasın. Mədəniyyətimizin, musiqimizin gözəl tərəfləri göstərilsin. Oxuya bilməyənlər bu gün ekrandadır, efirlərə bəh-bəhlə dəvət alırlar. Onlar sosial şəbəkədə pul verib müəyyən səhifə və saytlara özlərini təriflədirlər. Gərək efirə gəlib çıxmazdılar. Reytinq xətrinə bunları etməməlidirlər”.
Müğənni bildirib ki, insan həyatını elə yaşamalıdır ki, öləndən sonra onu yaxşı yad etsinlər:
“İnsanın həyatında elə hadisələr baş verir ki, onun üstündən ötüb keçmək olar. Elə hadisələr də olur ki, həmin şəxs dünyasını dəyişəndən sonra da arxasınca danışılır. Sağlığında həmin insan o şəxsin həyatında elə kədərli izlər buraxıb ki... Bəlkə də o şəxsin ölən şəxsin arxasınca danışmağı normaldır. Nəticədə insan o şəxsin onun həyatında olub, həyatını məhv etdiyinə görə danışır. İnsan gərək həyatını elə yaşasın ki, öləndən sonra ona rəhmət deyilsin, rəhmətlə anılsın. Onlar gözləməsinlər ki, insanlar o öləndən sonra sağ ikən danışa bilmədiklərini danışsın. Çox təkəbbürlülük də bir şey deyil. Allah bir daha göstərir ki, təkəbbürlü olmayın. Təkəbbürlü olanların, sağlığında fironluq etmək istəyənlərin öləndən sonra da arxasınca danışanlar olur. Vaxtında gərək insanı əzməyəsən. Əzirsənsə, yoxluğunda da o şəxslər danışacaq. Deməsələr, əlbəttə ki, daha yaxşı olar. Allah bizə elə ömür nəsib etsin ki, ölüb gedəndən də sonra gözəl yad edilək”.
Xuraman Şuşalı ona atılan daşlara bir çox hallarda cavab vermədiyini bildirib:
“Kim nə istəyir desin, kim nə istəyir danışsın. İnsan ağzını açanda söylədiyi fikirlərlə özünü təqdim edir. Bu gün ağıllı insanlar digərlərinin danışdıqlarına deyil, əməllərinə, addımlarına, yaşantılarına baxıb qiymət verirlər. Ona görə də danışanlar, müzakirə edənlər, əslində, özlərini görsələr, dəyişərlər. İnşallah, onlar da düzəlib yararlı işlərlə məşğul olarlar”.
Aftv.az
Müğənnidən ETİRAZ: “Efirlərimiz arvad bazarı, qeybət yeri olub”
Şou
13, apr, 2024
16:56
Son xəbərlər
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30
İranın hücumları ABŞ ordusunda ağır itkilərə səbəb oldu: 100-ə yaxın yaralı
21, iyl, 2026
08:00
Türkiyədə Rusiya–Ukrayna danışıqları: Güzəşt mümkün olacaq?
20, iyl, 2026
19:50
“Qızıl top”un ikiqat qalibi Kevin Kiqan vəfat edib
20, iyl, 2026
19:30
Salyanda faciəvi qəza: İki nəfər həyatını itirdi, dörd nəfər xəsarət aldı
20, iyl, 2026
19:10
Moldovada benzin ehtiyatı tükənir: Ölkənin cəmi 18 günlük yanacağı var
20, iyl, 2026
19:00
Çayxanada müştərini bıçaqlayan şəxsə hökm oxundu
10, iyl, 2026
10:20
Samur çayının su ehtiyatları ilə bağlı yekun sənəd imzalandı – FOTO
10, iyl, 2026
10:20
İndoneziya enerji sahəsində ilkə imza atdı
10, iyl, 2026
10:10
Mbappedən tarixi uğur: 44 illik rekord qırıldı
10, iyl, 2026
10:08
Azərbaycan nefti ucuzlaşıb
10, iyl, 2026
10:00
Bakıda qadına silahlı hücum: Keçmiş əri şübhəlilər arasındadır
9, iyl, 2026
17:40
Diqqət: Bakının bəzi hissələrində qaz olmayacaq
9, iyl, 2026
17:30