“Fəlakət” görünüşünü DƏYİŞDİ - FOTO

Şou
20, mar, 2024 11:03

“Fəlakət” obrazı ilə məşhurlaşan aktyor Elşən Orucov  uzun müddətdən sonra görünüşündə dəyişiklik edib. 
Aftv.az xəbər verir ki, hazırda İstanbulda olan aktyor Türkiyədə çəkiləcək “Çırak” serialına görə bığını kəsdirib.
O, yeni halını  “Instagram” hesabında paylaşıb.
Qeyd edək ki, 10 bölümdən ibarət layihənin baş rolunu Ozan Akbaba canlandıracaq.
Elşən və Ozan daha əvvəl “Mən bu cahana sığmazam” serialında çəkiliblər.

Son xəbərlər