Meksikanın Azərbaycandakı səfiri: “Atletlərimiz növbəti ultramarafonda da iştirak edəcəklər”

Siyasət
4, mar, 2024 17:14

“Atletlərimiz növbəti yarışda da mütləq iştirak edəcəklər”.
“Report”un məlumatına görə, bunu Meksikanın Azərbaycandakı səfiri Mariya Viktoriya Romero Kabalyero Xankəndi - Bakı ultramarafonu barədə jurnalistlərə açıqlamasında deyib.
Səfir təşkilatçılıqdan və qonaqpərvərlikdən razılıq bildirib:
“Dəvətə görə təşkilatçılara təşəkkürümü bildirirəm. Bir neçə həftə əvvəl dəvət aldıq. Meksika yarışda 4 idmançı ilə təmsil olundu. Onlar burada özlərini evdəki kimi hiss edirlər. Qonaqpərvərliyə görə Azərbaycana təşəkkür edirik. İdmançılarımız təşkilatçılıqdan çox razıdırlar”.
Qeyd edək ki, fevralın 29-da startı verilən Xankəndi - Bakı ultramarafonunda idmançılar ümumilikdə 380 km məsafə qət ediblər. Yarışın qalibi Artyom Əliyev olub.
Aftv.az

Son xəbərlər