Mərkəzi Seçki Komissiyası (MSK) 7 fevral tarixli prezident seçkisində mübarizə aparmış namizədlərin seçki fondunun gəlir və xərclərinə dair yekin maliyyə hesabatını açıqlayıb.
Aftv.az Modern.az-a istinadən xəbər verir ki, hakim Yeni Azərbaycan Partiyasının (YAP) namizədi İlham Əliyevin seçki fondunun gəlirləri 737 000 manat, xərcləri 736 922.15 manat təşkil edib.
İlham Əliyevin seçki fondunun gəlirləri fiziki və hüquqi şəslərin ianəsinin (187 000+300 000 manat), siyasi partiyanın (YAP) vəsaiti (250 000 manat) hesabına formalaşıb.
İlham Əliyevin seçki fondunun xərcləri 736 922.15 manat təşkil edib. Bu vəsait seçkiqabağı təşviqatla bağlı tədbirlərin, habelə informasiya və məşvərət xidmətləri dəyərlərinin ödənilməsinə xərclənib. Seçki gününə cəmi istifadə olunmamışç 77.95 manat qalıq qalıb.
Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Orucun seçki fondunun gəliri 49 000 manat təşkil edib. Bunun 6000 manatını fiziki şəxslərin ianəsi, 43 000 manatını namizədin xüsusi vəsaiti təşkil edib.
Ümumi xərclərin 8000 manatı seçici imzalarının toplanmasına yönəldilmiş təşkilati-texniki tədbirlərin maliyyə təminatına, habelə seçici imzalarının toplanması üçün müvafiq şəxslərə haqq ödənilməsinə xərclənib.
35 000 manat isə seçkiqabağı təşviqatla bağlı tədbirlərin, habelə informasiya və məşvərət xidmətləri dəyərlərinin ödənilməsinə yönəldilib.
Daha 6 000 manat huquqi şəxslərin və vətəndaşların bilavasitə yerinə yetirdikləri digər işlərin dəyərinin ödənilməsinə yönəldilib.
Milli Cəbhə Partiyasının namizədi Razi Nurullayevin seçki fondunun gəlirləri 30 000 manat olub ki, bu da fiziki şəxslərin könüllü ianəsindən formalaşıb.
Razi Nurullayev həmin vəsaitin 19 550.73 manatını seçkiqabağı təşviqatla bağlı tədbirlərin, habelə informasiya və məşvərət xidmətləri dəyərlərinin ödənilməsinə xərcləyib.
10 449.27 manat isə huquqi şəxslərin və vətəndaşların bilavasitə yerinə yetirdikləri digər işlərin dəyərinin ödənilməsinə yönəldilib.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının namizədi Qüdrət Həsənquliyevin seçki fondunun 49 500 manat gəliri olub ki, bunun da 10 min manatını onun özü ayırıb, 39 500 manat isə fiziki şəxslərin inanəsindən yığılıb.
Qüdrət Həsənquliyev seçkiqabağı təşviqatla bağlı tədbirlərin, habelə informasiya və məşvərət xidmətləri dəyərlərinin ödənilməsinə 34 500 manat sərf edib.
O, daha 15 000 manatı seçici imzalarının toplanmasına yönəldilmiş təşkilati-texniki tədbirlərin maliyyə təminatına, habelə seçici imzalarının toplanması üçün müvafiq şəxslərə haqq ödənilməsinə xərcləyib.
Böyük Quruluş Partiyasının namizədi Fazil Mustafanın seçki fonunun gəlirləri 121 400 manat təşkil edib. Bunun 11 min manatını özü ayırıb, 400 manatı fiziki şəxslərin ianəsindən toplanıb, 110 000 manat isə siyasi partiyanın vəsaiti hesabına formalaşıb.
Fazil Mustafa yığılan vəsaitin hamısını xərcləyib. O, 8 000 manatı seçici imzalarının toplanmasına yönəldilmiş təşkilati-texniki tədbirlərin maliyyə təminatına, habelə seçici imzalarının toplanması üçün müvafiq şəxslərə haqq ödənilməsinə sərf edib.
59 000 manat seçkiqabağı təşviqatla bağlı tədbirlərin, habelə informasiya və məşvərət xidmətləri dəyərlərinin ödənilməsinə sərf olunub. 54 400 manat isə hüquqi şəxslərin və vətəndaşların bilavasitə yerinə yetirdikləri digər işlərin dəyərinin ödənilməsinə yönəldilib.
Böyük Azərbaycan Partiyasının namizədi Elşad Musayevin seçki fondunun gəliri 28 500 manat olub ki, bu da fiziki şəxslərin ianəsi hesabına yığılıb.
O, həmin vəsaitin 7 000 manatını seçici imzalarının toplanmasına yönəldilmiş təşkilati-texniki tədbirlərin maliyyə təminatına, habelə seçici imzalarının toplanması üçün müvafiq şəxslərə haqq ödənilməsinə sərf edib.
Elşad Musayev yığılan vəsaitin 13 000 manatını seçkiqabağı təşviqatla bağlı tədbirlərin, habelə informasiya və məşvərət xidmətləri dəyərlərinin ödənilməsinə xərcləyib.
8 489.92 manat hüquqi şəxslərin və vətəndaşların bilavasitə yerinə yetirdikləri digər işlərin dəyərinin ödənilməsinə yönəldilib.
Cəmi 10.08 manat xərclənməmiş vəsait qalıb.
Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyevin seçki fondu 22 500 manat gəlirə malik olub. Bunun 4 500 manatını namizəd özü ayırıb, 18 000 manat isə fiziki şəxslərin ianəsindən yığılıb.
Fuad Əliyev bu vəsaitin 2 000 manatını seçici imzalarının toplanmasına yönəldilmiş təşkilati-texniki tədbirlərin maliyyə təminatına, habelə seçici imzalarının toplanması üçün müvafiq şəxslərə haqq ödənilməsinə sərf edib.
20 500 manat isə seçkiqabağı təşviqatla bağlı tədbirlərin, habelə informasiya və məşvərət xidmətləri dəyərlərinin ödənilməsinə xərclənib.
Namizədlərin yekun hesabatları açıqlandı - Kim nə qədər XƏRCLƏDİ...
Siyasət
28, fev, 2024
15:23
Son xəbərlər
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30
İranın hücumları ABŞ ordusunda ağır itkilərə səbəb oldu: 100-ə yaxın yaralı
21, iyl, 2026
08:00
Türkiyədə Rusiya–Ukrayna danışıqları: Güzəşt mümkün olacaq?
20, iyl, 2026
19:50
“Qızıl top”un ikiqat qalibi Kevin Kiqan vəfat edib
20, iyl, 2026
19:30
Salyanda faciəvi qəza: İki nəfər həyatını itirdi, dörd nəfər xəsarət aldı
20, iyl, 2026
19:10
Moldovada benzin ehtiyatı tükənir: Ölkənin cəmi 18 günlük yanacağı var
20, iyl, 2026
19:00
Çayxanada müştərini bıçaqlayan şəxsə hökm oxundu
10, iyl, 2026
10:20
Samur çayının su ehtiyatları ilə bağlı yekun sənəd imzalandı – FOTO
10, iyl, 2026
10:20
İndoneziya enerji sahəsində ilkə imza atdı
10, iyl, 2026
10:10
Mbappedən tarixi uğur: 44 illik rekord qırıldı
10, iyl, 2026
10:08
Azərbaycan nefti ucuzlaşıb
10, iyl, 2026
10:00
Bakıda qadına silahlı hücum: Keçmiş əri şübhəlilər arasındadır
9, iyl, 2026
17:40
Diqqət: Bakının bəzi hissələrində qaz olmayacaq
9, iyl, 2026
17:30