Azərbaycan tranziti ilə Ermənistana iri həcmdə propan qazı göndərilib

Siyasət
6, iyl, 2026 16:45

Bu gün Azərbaycan ərazisindən keçməklə Ermənistana rusiyamənşəli propan qazı daşıyan 30 vaqondan ibarət yük qatarı "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri Dəmiryol Stansiyasından yola düşüb.
Aftv.az "Report"a istinadən xəbər verir ki, bu ölkəyə çəkisi 1 026 ton olan propan qazı göndərilib.
Daha sonra qatar Böyük Kəsik Dəmiryol Stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.

Son xəbərlər