Putin Ərdoğana təşəkkür etdi

Siyasət
26, fev, 2024 13:42

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.
Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar İdarəsindən açıqlama verilib.
Məlumata görə, telefon danışığı zamanı Putin türkiyəli həmkarını doğum günü münasibətilə təbrik edib. Həmçinin Putin Türkiyə-Rusiya əlaqələrinin dostluq zəminində inkişafına verdiyi töhfələrə görə Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.
Mənbə: Haber Global
Aftv.az

Son xəbərlər