Prezidentdən mühüm qərar: bir qrup şəxsə general rütbəsi verildi

Siyasət
26, iyn, 2026 21:00

Prezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında Sərəncam imzalayıb.
Aftv.az xəbər verir ki, Sərəncama əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsi verilib:
polkovnik Rəsul Rasim oğlu Əliyevə
polkovnik Elçin Rəhim oğlu Abdullayevə
polkovnik Azər Əfrayıl oğlu Heybətliyə
polkovnik Gülməmməd Tofiq oğlu Rzayevə
polkovnik Ruslan Dünyaməddin oğlu Ağasiyevə.

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb
10, iyl, 2026 10:00