Əlyazmalar İnstitutunun direktoru kimdir: Teymur Kərimli, yoxsa Gülbəniz Babaxanlı? -ŞOK FAKTLAR
Siyasət
20, yan, 2025
10:14

İnstitutun işçilərinin sayı rəsmi olaraq 291 nəfər olmasına baxmayaraq, bu rəqəm AMEA Rəyasət Heyətinin hesabatlarında 244 nəfər olaraq göstərilir. Yəni adları işdə gedib özləri gəlmir və həmin şəxslərin maaş kartları G.Babaxanlıda olur və maaşları o alır
Bu iddia AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu ilə bağlı Yenixeber.org-a daxil olmuş yazıda yer alır. Bundan əlavə institutun idarəçiliyində ciddi problemlərin olduğu, korrupsiya faktları, qohumbazlıq və s. iddialar da, səslənir. Biz yazıda adları yer alan tərəfləri də, dinləmək istədik. Təəssüf ki, bu istiqamətdəki cəhdlərimiz nəticəsiz oldu.
Aktuallığını nəzərə alıb, yazını müəyyən düzəlişlərlə dərc edirik:
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunu illərdir direktor akademik Teymur Kərimli deyil, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Hüseyn Cavidin Ev Muzeyinin direktoru filologiya elmləri doktoru, dosent Gülbəniz Babaxanlı idarə edir. G.Babaxanlı institutda at oynadaraq “Teymur Kərimli kimdir ki? Əsas mənəm və mənə itaət etməlisiniz” deyir. İnstitutun işçilərinin sayı rəsmi olaraq 291 nəfər olmasına baxmayaraq, bu rəqəm AMEA Rəyasət Heyətinin hesabatlarında 244 nəfər olaraq göstərilir. Yəni adları işdə gedib özləri gəlmir və həmin şəxslərin maaş kartları G.Babaxanlıda olur və maaşları o alır. G.Babaxanlı adı gedib özləri işdə olmayan həmin şəxslərin adına ezamiyyət, pul mükafatları yazaraq, hətta dərəcələrini normadan artıq qeyd etdirərək külli miqdarda pul mənimsəyir. Qanuniləşdirmək üçün həmin şəxslərin hər gün səhər saatlarında turniket kartları işçilər işə gəlmədən öncə kimə tapşırılıbsa onun tərəfindən vurulur. Rəsmi hər gün işə gələn işçilərin də adına bir maaş həcmində premyalar yazaraq kartdan çıxarıb ona verilməsini tələb edir. Araşdırılsa görünər ki, həmin işçilərin çoxu texniki işçilərdir elmlə məşğul olmurlar. Ölkədaxili ezamiyyətlər heç bir rayonlara getmədən ezamiyyə vərəqələrinə hansısa rayon təşkilatlarında möhür vurularaq həll edilir. Təbii ki, o pulları da G.Babaxanlı şəxsən özü mənimsəyir. Xarici ezamiyyətlərdə isə elmlə, tədqiqatla məşğul olan işçilərə “büdcədə pul yoxdur” deyərək ezamiyyət xərclərini ödəmir, lakin xaricə həkimə, istirahətə gedən texniki işçilərə, laborantlara ezamiyyət pulları yazaraq həmin pulların çıxarılıb özünə verilməsini tələb edir. Qanuniləşdirmək üçün yalandan guya təlimdə və ya muzeydə sərgidə iştirak edib tipli hesabatlar yazılır. Lakin həmin şəxslərin sosial şəbəkə hesabları araşdırılsa məlum olar ki, əslində istirahətə gedən şəxslərə ezamiyyə yazılır. Bunu hətta öz istirahəti üçün də ezamiyyə yazdırması da sübut edir.
Aylar öncə katirovka məsələsi ilə bağlı korrupsiyada adı hallanan G.Babaxanlı məhkəmə işi davam etməsinə baxmayaraq, yenidən bu məsələdə korrupsiyadan əl çəkmir.
Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə tender elanı verilir, lakin G.Babaxanlının anlaşdığı şirkət qalib olmadığı halda tender ləğv edilir və 1 həftə sonra yenidən elan verilir, ta ki, razılaşdırılan şirkət qalib gələnə kimi. Bu rəsmi sənədlərdə də öz əksini tapır. Qalib gələn şirkətlə birlikdə institutda Elmi Şuranın qrifi ilə çap olunacaq kitabların nəşri həyata keçirilir. Bu pulları təbii ki, G.Babaxanlı şəxsən özü mənimsəyir. Lakin əməkdaşlara onların kitablarının nəşri üçün büdcədə pul olmadığı deyilir və nəşr xərclərini işçilər özləri qarşılayır. G.Babaxanlı isə rəsmi sənədlərdə həmin kitabların institut tərəfindən nəşr edildiyini qeyd edib, dövlətin ayırdığı pulu mənimsəyir. Təkcə son ildə 27 min manat mətbəə xərci olub. Halbuki, heç bir əməkdaşın kitabı institut tərəfindən nəşr edilməyib.
Bundan başqa layihələrdə daim G.Babaxanlının yaxın bildiyi insanlar, adları gedib özləri işdə olmayan əməkdaşlar iştirak edir. Hətta hər gün işə gələn əməkdaşlar belə layihədə iştirak edirsə oradan aldığı maaşı G.Babaxanlıya təqdim etməlidir. Bütün maliyyə işlərində G.Babaxanlıya institutun baş mühasibi Leyla Cavadova yaxından köməklik göstərir. Çünki o da bu məsələlərdən öz faizini alır.
G.Babaxanlı öz qohumlarını institutda yüksək vəzifələrə gətirərək işə gəlməmələrinə baxmayaraq, yüksək məvaciblər yazdırır. İnstituta işə qəbul da 10-15 min manat aralığında pul verməkdən keçir. Son vaxtlar insititutda ixtisaslaşmış kadrlar gözüm-çıxdına salınır. Əvəzində institutun profilinə uyğun olmayan müxtəlif ixtisaslardan insanlar işə qəbul edilir. Əlyazmalar İnstitutunda araşdırma aparan barmaqla sayılan bir neçə ixtisaslı kadr var, elə tədqiqatları da onlar aparır. Digər işçiləri isə əlini qolunu sallayıb gəzir. İşə qəbul məsələsində isə G.Babaxanlıya institutun Həmkarlar İttifaqının sədri filologiya üzrə fəlsəfə doktoru Samirə Əliyeva yaxından kömək edir. O da bu məsələdə öz faizini alır. Xatırladaq ki, S.Əliyeva yaxın müddətə qədər institutun direktoru müavini vəzifəsinə qədər yüksəlmiş, lakin korrupsiya məsələsinə görə şikayətlər olduğu üçün vəzifədən azad edilmişdir. Hal-hazırda institutun direktor müavini vəzifəsi aylardır boşdur. G.Babaxanlının muzeydəki vəzifə müddəti cari ilin 1 mart tarixinədək qüvvədədir. Əgər Mədəniyyət Nazirliyi G.Babaxanlını bu il martın 1-də Hüseyn Cavidin Ev Muzeyinə direktor olaraq təyin etməsə, Əlyazmalar İnstitutuna direktor müavini keçmək istəyir. Həmin yeri də özü üçün alternativ olaraq saxlatdırıb. Əlyazmalar İnstitutunun möhürü və T.Kərimlinin ştamp tipli imzası da G.Babaxanlıdadır. Bütün bu özbaşınalıqdan institut əməkdaşları cana doyub. Onları müəssisənin aqibəti narahat edir və ağıllarda bir sual var. AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru kimdir: Akademik Teymur Kərimli, Gülbəniz Babaxanlı?(Yenixeber.org)
Yazıda adları hallanan tərəflərin cavab haqqını tanıyırıq.
Son xəbərlər
Təkzib: Göygöl rayonunun Çaykənd kəndində yayılan əsassız iddialar barədə
13, sen, 2025
15:17
Otel adı altında fəaliyyət göstərən əxlaqsız yuvalar
23, iyl, 2025
15:15
DTX-nin saxladığı icra başçısı kimdir? - DOSYE
21, iyn, 2025
09:30
Şərurlu İsfəndiyar barəsində qərar verildi
23, apr, 2025
08:00
Sumqayıtda DƏHŞƏT
15, apr, 2025
08:30
Bakıda yarım milyon manat mənimsəyən "məşhur general"a hökm oxundu
15, apr, 2025
08:00
Tanınmış aparıcı yola görə Agentliyi məhkəmədə udub təzminat aldı – FOTO
24, mar, 2025
12:00
Özünü DTX əməkdaşı kimi təqdim edib sevgilisini aldatdı
23, mar, 2025
20:30
DTX-dən ƏMƏLİYYAT: Ordumuza aid videomaterialları
19, mar, 2025
00:34
Sahil Babayev TƏBİB-də “islahatlara” başladı – Əməkdaşların mükafatları kəsildi
12, mar, 2025
13:39
Prezidentdən müavinətlərlə bağlı FƏRMAN
12, mar, 2025
13:32
Sumqayıtda “Arzu” mərasim evinin fəaliyyəti dayandırıldı - VİDEO
7, mar, 2025
05:30
Bu müavinətlər artırıldı - Yeni məbləğlər
5, mar, 2025
13:00
Rəşad Nəbiyevin müavini təyin olunan Saməddin Əsədov KİMDİR? – DOSYE
5, mar, 2025
12:30
Azərbaycanda qurumlar birləşdirilir – SİYAHI
3, mar, 2025
05:00
Krediti qaytara bilməyən şəxs yalnız mülki məsuliyyət daşıyır?
2, mar, 2025
14:00
Moskvadan qələbə XƏBƏRİ GƏLDİ: Ukrayna məğlub olur - TƏCİLİ ❗
2, mar, 2025
13:30
Ailəsini rayona göndərdi, iki ay oteldə qaldı - Həbs olundu
2, mar, 2025
05:00
60 hakim yuxarı instansiya məhkəmələrinə irəli çəkilib
1, mar, 2025
06:30
Sumqayıt məktəbində QALMAQAL - Direktor müavinləri işdən çıxarıldı
1, mar, 2025
06:21
Ailəsini rayona göndərdi, iki ay oteldə qaldı - Həbs olundu
1, mar, 2025
05:02
İlham Əliyev fərman imzaladı
28, fev, 2025
13:30