Ermənistan Rusiyaya NOTA verdi

Siyasət
15, yan, 2025 13:35

Yanvarın 15-də Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Ermənistan XİN-ə çağırılıb.
Aftv.Az-ın verdiyi xəbərə görə, bu barədə Ermənistan XİN-in mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, buna səbəb cari il yanvarın 12-də Rusiyanın Ümumrusiya Dövlət Televiziya kanalında yayımlanan "Vesti nedeli" proqramında "Ermənistanın suverenliyi və ərazi bütövlüyünə qarşı süni şəkildə yaradılan narrativlər" olub.
"Görüş zamanı səfirə müvafiq etiraz notası təqdim edilib", - deyə məlumatda vurğulanıb.

Son xəbərlər

Sumqayıtda DƏHŞƏT
15, apr, 2025 08:30
İlham Əliyev fərman imzaladı
28, fev, 2025 13:30