Azərbaycanda peşə təhsilinə maraq azdır. Bunun bir çox səbəbləri var. Ölkədə fəaliyyət göstərən peşə təhsili müəssisələrində isə vəziyyət çox da ürəkaçan deyil.
Peşə Təhsili üzrə Dövlət Agentliyindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 2024/2025-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə ümumilikdə 24 821 nəfər qəbul olunub.
"Ötən illə müqayisədə qəbul olunan şəxslərin sayı 21% artıb 2026-cı ilə qədər peşə təhsilinə qəbul olunan tələbə sayının 28 140-a çatdırılması əsas hədəfdir”, - qurumdan qeyd edilib.
Məlumatda bildirilir ki, təhsilalanların peşə məktəblərinə cəlb edilməsi istiqamətində müvafiq işlər görülür:
“1.Müasir Peşə Təhsil Mərkəzlərinin açılması: Ölkədə beynəlxalq standartlara uyğun yeni peşə təhsil mərkəzləri yaradılır və mövcud olanlar yenidən qurulur və müasir avadanlıqlarla təmin edilir.
2.Əmək bazarına uyğun proqramların təqdimatı: Peşə təhsil proqramları əmək bazarının tələblərinə uyğun yenilənir.Texnoloji ixtisaslara və rəqəmsal bacarıqlara üstünlük verilir.
3.Əməkdaşlıq və inteqrasiya: Böyük şirkət və müəssisələrlə əməkdaşlıq çərçivəsində dual tədris metodları tətbiq olunur.
4.Maarifləndirmə və təbliğat: Gənclərin və onların valideynlərinin peşə təhsilinə marağını artırmaq üçün kütləvi informasiya vasitələrində və sosial mediada kampaniyalar aparılır”.
Mövzu ilə bağlı saytımıza danışan Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri professor Hikmət Əlizadə bildirib ki, peşə təhsilinə marağın az olması məktəblərdə peşə yönümlü işin lazımi səviyyədə həyata keçirilməməsinin nəticəsidir:
“Artıq VII sinifdən başlayaraq məktəblərdə peşə yönümü ilə əlaqədar olan işlər aktuallaşmalıdır. Növbəti illərdə bu məsələ öz intensivliyini daha da artırmalıdır. Amma peşə yönümü məsələsində bir məqama xüsusi diqqət etmək lazımdır. Hər bir şagird özünəməxsus qabiliyyətə malik olur. Bu o deməkdir ki, hər bir şagirdin seçdiyi peşə onun qabiliyyətinə uyğun olmalıdır. Təəssüf ki, bu heç də həmişə belə olmur”.
Onun sözlərinə görə, pedaqoji-psixoloji ədəbiyyatda qabiliyyətlərin müxtəlif təsnifatları var:
“Ən ümumi şəkildə biz qabiliyyətləri iki istiqamətdə qruplaşdıra bilərik: əqli və peşə qabiliyyətləri. Həyat təcrübəsi göstərir ki, əqli qabiliyyətlərə malik olan şagirdlər daha yüksək səviyyəsində təhsil almağa hazırlandıqda, peşə qabiliyyətlərinə malik olan şagirdlər isə peşə məktəblərində təhsil aldıqda daha uğurlu nəticələr əldə olunur. Məktəblərdə bu istiqamətdə lazımi səviyyədə pedaqoji iş aparılmadığı üçün məktəbi bitirən şagirdlərin əksəriyyəti ali məktəbə qəbul olmağa cəhd edirlər. DİM qəbul imtahanlarının nəticələrini elan etdikdə biz son dərəcə aşağı ballar toplayan abituriyentlərə də təsadüf edirik. Onlar əqli qabiliyyətləri yüksək olmayan şagirdlərdir. Əksər hallarda onlar ali məktəbə qəbul imtahanlarında uğursuzluğa düçar olduqdan sonra hər hansı bir peşəyə yiyələnmək qərarına gəlirlər. Halbuki vaxtında təhsillərini peşə məktəbində davam etdirsəydilər, artıq bu illər ərzində qabiliyyətlərinə uyğun peşəyə yiyələnmiş olardılar. Məktəblərdə peşə yönümü istiqamətində işlər düzgün təşkil edildikdə şagirdlər vaxt itirmədən peşəyə yiyələnmək imkanı əldə etmiş olurlar”.
H.Əlizadənin sözlərinə görə, peşə seçimində təkcə məktəbi günahlandırmaq olmaz:
“Burada məsuliyyət eyni dərəcədə valideynlərin üzərinə düşür. Təəssüf hissi ilə qeyd edim ki, bu gün məktəblə ailənin əlaqəsi zəifləyib. Buna görə də müəllimlə valideynlər şagirdin peşə seçimi istiqamətində əməkdaşlıq edə bilmirlər. Bu əməkdaşlıq olmadan isə peşə yönümü istiqamətində uğur əldə etmək cətindir. Valideynlərin hər biri övladının ali təhsil almasında maraqlıdır və bu istəyi həyata keçirmək üçün onun təhsilini davam etdirməsinə çalışır. Bu onların peşələrə düzgün olmayan münasibətindən qaynaqlanır. Halbuki, dünyada yaradılan incilərdə bənnaların, dülgərlərin, dəmirçilərin və s. sənətkarların xidməti nəhayətsizdir. Heç bir peşə ikinci dərəcəli deyil. Sadəcə olaraq, qabiliyyəti müəyyən edib şagirdi həmin istiqamətdə yönləndirmək kifayətdir. Insan yalnız qabiliyyətinə uyğun işlər gördükdə möcüzələr yarada bilir. Bu gerçəkliyi həm valideynlər, həm də müəllimlər qəbul etsələr, bir yerdə əməkdaşlıq etsələr şagirdlərin peşə seçimini yaxşılaşdırmaq mümkündür”.
Aftv.Az
Azərbaycanda peşə təhsilinə maraq azdır - Şura sədri səbəbləri AÇIQLADI
Siyasət
9, yan, 2025
17:45
Son xəbərlər
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30
İranın hücumları ABŞ ordusunda ağır itkilərə səbəb oldu: 100-ə yaxın yaralı
21, iyl, 2026
08:00
Türkiyədə Rusiya–Ukrayna danışıqları: Güzəşt mümkün olacaq?
20, iyl, 2026
19:50
“Qızıl top”un ikiqat qalibi Kevin Kiqan vəfat edib
20, iyl, 2026
19:30
Salyanda faciəvi qəza: İki nəfər həyatını itirdi, dörd nəfər xəsarət aldı
20, iyl, 2026
19:10
Moldovada benzin ehtiyatı tükənir: Ölkənin cəmi 18 günlük yanacağı var
20, iyl, 2026
19:00
Çayxanada müştərini bıçaqlayan şəxsə hökm oxundu
10, iyl, 2026
10:20
Samur çayının su ehtiyatları ilə bağlı yekun sənəd imzalandı – FOTO
10, iyl, 2026
10:20
İndoneziya enerji sahəsində ilkə imza atdı
10, iyl, 2026
10:10
Mbappedən tarixi uğur: 44 illik rekord qırıldı
10, iyl, 2026
10:08
Azərbaycan nefti ucuzlaşıb
10, iyl, 2026
10:00
Bakıda qadına silahlı hücum: Keçmiş əri şübhəlilər arasındadır
9, iyl, 2026
17:40
Diqqət: Bakının bəzi hissələrində qaz olmayacaq
9, iyl, 2026
17:30
XİN-in kollektivi Zəfər parkı və Zəfər abidəsini ziyarət edib - FOTO
9, iyl, 2026
12:30