Prezident İlham Əliyevə başsağlığı məktubları gəlməkdə davam edir

Siyasət
8, yan, 2025 14:05

Qətər Dövlətinin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.
President.az xəbər verir ki, məktubda deyilir:
"Azərbaycana məxsus təyyarənin faciəvi şəkildə qəzaya uğraması ilə bağlı Zati-alinizə və həlak olanların ailələrinə Qətər Dövlətinin Hökuməti adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verir, hadisə nəticəsində xəsarət alanlara tezliklə sağalmalarını arzu edirəm.
Həyatını itirənlərə Uca Allahdan rəhmət diləyirəm. Məkanları behişt olsun!"
Aftv.Az

Son xəbərlər

Sumqayıtda DƏHŞƏT
15, apr, 2025 08:30