"Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" Qanuna dəyişiklik qəbul olunub

Siyasət
10, dek, 2024 14:11

"Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" Qanuna dəyişiklik üçüncü oxunuşda qəbul edilib.
Aftv.az xəbər verir ki, layihə Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.
Dəyişikliyə əsasən, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri şəxsin həmin subyektlərdə həqiqi hərbi xidmətə (işə) qəbul olunmasından imtina edilməsi səbəblərini açıqlamaq öhdəliyi daşımayacaqlar.
Dəyişikliyin əsas məqsədi həmin subyektlərdə fəaliyyət istiqamətlərinə uyğun olaraq, konfidensiallığın qorunub-saxlanılmasıdır.
Layihə səsverməyə qoyularaq son oxunuşda qəbul edilib.

Son xəbərlər

Sumqayıtda DƏHŞƏT
15, apr, 2025 08:30
İlham Əliyev fərman imzaladı
28, fev, 2025 13:30