Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda keçirilən COP29 Liderlər Sammitində iştirakı ilə bağlı paylaşım edib.
Aftv.az-ın xəbərinə görə, dövlət başçısı paylaşımında qeyd edib ki, Türkiyə hazırda iqlim dəyişikliyinin mənfi təsirlərinin ən çox hiss olunduğu ölkələr arasındadır.
2053-cü ilə qədər sıfır tullantı və yaşıl inkişafa nail olmaq məqsədilə Türkiyə iqtisadiyyatının aparıcı sektorlarının tədricən yeniləndiyini bildirən Prezident Ərdoğan, hökumətin həyata keçirdiyi İqlim dəyişikliklərinə uyğunlaşma Strategiyasına dair 2024-2030-cu illəri əhatə edən Fəaliyyət Planından bəhs edib.
Türkiyədə ümumi enerji istehsalında bərpaolunan enerjinin payının 59 faizə çatdığına diqqət çəkən dövlət başçısı, ölkəsinin bu göstəriciyə görə Avropada 5-ci, dünyada isə 11-ci yerdə olduğunu vurğulayıb.
"2053-cü ilə qədər əsas prioritetlərimiz bərpaolunan enerji, enerji səmərəliliyi və nüvə enerjisidir. Türkiyənin 31 min MVt olan külək və günəş enerjisi potensialını 2035-ci ilə qədər 120 min MVt-a çatdırmağı planlaşdırırıq. Nüvə enerjisində hədəfimiz isə 2050-ci il üçün 20 min MVt təşkil edir. Həmçinin növbəti altı il ərzində 100 milyon ton qaz ekvivalentində emissiyanın azaldılmasını nəzərdə tuturuq", - deyə paylaşımda qeyd olunur.
Türkiyə Prezidenti, xanımı Əminə Ərdoğanın himayəsi altında həyata keçirilən "Sıfır tullantı" layihəsinin əhəmiyyətinə də nəzər salaraq, bu təşəbbüsün iqlim dəyişikliyi ilə mübarizəyə təkan verdiyi ifadə edilib.
"İnanıram ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bu istiqamətdə olan qlobal səyləri daha güclü və təsirli edəcək. İnkişaf etməkdə olan ölkələrin ehtiyaclarını ödəyəcək "İqlim maliyyəsi" hədəfləri də müəyyən ediləcək. Bu uğurlu tədbirə və səmimi ev sahibliyinə görə qardaşım Prezident İlham Əliyevi təbrik edirəm", - deyə Ərdoğan bildirib.
Ərdoğan COP29-la bağlı paylaşım edib: Türkiyənin ətraf mühitlə bağlı hədəflərini sadalayıb
Siyasət
13, noy, 2024
11:40
Son xəbərlər
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30
İranın hücumları ABŞ ordusunda ağır itkilərə səbəb oldu: 100-ə yaxın yaralı
21, iyl, 2026
08:00
Türkiyədə Rusiya–Ukrayna danışıqları: Güzəşt mümkün olacaq?
20, iyl, 2026
19:50
“Qızıl top”un ikiqat qalibi Kevin Kiqan vəfat edib
20, iyl, 2026
19:30
Salyanda faciəvi qəza: İki nəfər həyatını itirdi, dörd nəfər xəsarət aldı
20, iyl, 2026
19:10
Moldovada benzin ehtiyatı tükənir: Ölkənin cəmi 18 günlük yanacağı var
20, iyl, 2026
19:00
Çayxanada müştərini bıçaqlayan şəxsə hökm oxundu
10, iyl, 2026
10:20
Samur çayının su ehtiyatları ilə bağlı yekun sənəd imzalandı – FOTO
10, iyl, 2026
10:20
İndoneziya enerji sahəsində ilkə imza atdı
10, iyl, 2026
10:10
Mbappedən tarixi uğur: 44 illik rekord qırıldı
10, iyl, 2026
10:08
Azərbaycan nefti ucuzlaşıb
10, iyl, 2026
10:00
Bakıda qadına silahlı hücum: Keçmiş əri şübhəlilər arasındadır
9, iyl, 2026
17:40
Diqqət: Bakının bəzi hissələrində qaz olmayacaq
9, iyl, 2026
17:30
XİN-in kollektivi Zəfər parkı və Zəfər abidəsini ziyarət edib - FOTO
9, iyl, 2026
12:30