Milli Məclisin qocaman üzvlərindən olan Səttar Möhbalıyev millət vəkili kreslosundan əl çəkmək istəmir. O bu dəfə də deputat olmaq istəyir. Rəsmi məlumata əsasən, Möhbalıyev bitərəf şəxs kimi 3 saylı Babək-Kəngərli-Naxçıvan seçki dairəsi üzrə namizədliyini verib və onun namizədliyi qeydə alınıb.
S.Möhbalıyev yenidən millət vəkili seçilərsə, onun deputatlıq fəaliyyəti 30 ilə çatacaq.
İlk dəfə 2000-ci ildə deputat olan Möhbalıyev 2005, 2010, 2015 və 2020-ci illərdə keçirilən seçkilərdə parlamentə düşə bilib. Artıq 24 ildir ki, deputat olan S.Möhbalıyev ahıl yaşını millət vəkili kimi qarşılamağı arzulayır.
S.Möhbalıyev müsbət imici olmayan şəxslərdən biridir. O, uzun müddətdir ki, bir neçə postu tutur və siyasi, ictimai fəaliyyəti əsasən mənfi cəhətlərinə görə yadda qalıb.
Möhbalıyev 1993-cü ildən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, 2010-cu ildən Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədridir.
Həmkarlar təşkilatlarının əsas məqsədi işləyənlərin əmək hüquqlarının qorunması, onlar üçün layiqli iş şəraitinin yaradılması olsa da, qocaman millət vəkilinin bu istiqamətdə təsirli fəaliyyəti görünmür. Mehbalıyev heç vaxt müxtəlif sahələr üzrə müstəqil həmkarlar təşkilatının yaranmasına da imkan verməyib.
Milli Məclisin iclaslarında da kifayət qədər passiv olan Möhbalıyev hətta onun peşə fəaliyyətinə aid olan məsələlərin müzakirəsi zamanı da susmağı üstün tutur.
S.Möhbalıyevin millət vəkili, konfederasiya rəhbəri postlarından bərk-bərk yapışmasının əslində başqa məqsədləri var. Bu postlar Möhbalıyevin, onun ailəsinin biznes imkanlarının genişləndirilməsinə himayədarlıq edir.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası böyük maddi texniki bazası, iri maliyyə vəsaitləri olan təşkilatlardandır. Qurumun balansında çoxlu sayda istirahət, idman və əyləncə qurğuları mövcuddur. Möhbalıyevin adı bu qurğuların bəzilərinin satılması işində hallanır.
Bakı Ağır Cinayətlər Məhkəməsində aparılan məhkəmə araşdırması göstərir ki, Möhbalıyevin rəhbərlik etdiyi konfederasiya Gəncə, Göygöl və başqa yerlərdə olan stadionlarını öz mülkü kimi satıb. S.Möhbalıyevin adı həm də Bakının Yasamal rayonundakı “Məhsul” stadionunun satışı ilə bağlı cinayət işində keçir.
Stadionun ərazisini satmaq adı ilə dələduzluq etməkdə suçlanan Azərbaycan Həmkarlar İttifaqlarının İdman Təşkilatları Assosiasiyasının sədri Nadir Əliyev və “Yasamal” idman-sağlamlıq klubunun direktoru Alik Həsənov 2 ilə yaxındır ki, həbsdədirlər. İddia olunur ki, onlar bina tikintisi ilə məşğul olan bir neçə sahibkarı aldadaraq, həmin əraziyə görə onlardan külli miqdarda pul alıblar. Zərərçəkmiş qismində tanınan sahibkarların təkcə elə birindən beh kimi 900 min manat pul alınıb.
Nadir Əliyev isə istintaqa ifadəsində günahkar olmadığını iddia edir. O hətta Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri S.Möhbalıyevin də adını çəkib, prosesə onun rəhbərlik etdiyini bildirib. Bu işlərlə bağlı məhkəmə prosesi davam edir. Digər bir iddiaya əsasən konfederasiya rəhbəri həmkarlara məxsus mülklərin ərazisini müxtəlif yollarla özəlləşdirməklə çoxmərtəbəli binaların inşasını həyata keçirir. Onun artıq xeyli müddətdir ki, tikinti biznesinə böyük sərmayə qoyduğu bildirilir. Biznes fəaliyyəti isə sadəcə Azərbaycanla məhdudlaşmayıb. Konfederasiya rəhbəri ailə üzvlərinin adına Türkiyədə yaratdığı və nizamnamə kapitalı 250 min dollar olan şirkət vasitəsilə qardaş ölkədə biznesini genişləndirib.
Möhbalıyevin qızının Türkiyədə bahalı villa alması da xaricə qoyulan “investisiya”lardan biridir.
S.Möhbalıyevin rəhbərlik etdiyi həmkarlar təşkilatı faktiki ailə təşkilatına çevrilib. Sədrin ailə üzvlərinin təşkilatda mühüm mövqeləri tutması bunun sübutudur. Mehbalıyevin xanımı, 1960-cı il təvəllüdlü Böyükxanım Mirzə qızı Möhbalıyeva qurumun beynəlxalq əlaqələr departamentinin əməkdaşıdır. Qızı, 1988-ci il təvəllüdlü Lalə Möhbalıyeva isə Həmkarlar İttifaqları Konfederasiyasının Gənclər Şurasının üzvüdür. Konfederasiyanı xarici ölkələrdə keçirilən tədbirlərdə bir qayda olaraq deputatın xanımı və qızı təmsil edir.
Möhbalıyevin biznes və siyasi imkanlarının genişlənməsində Əli Həsənovla quda olması da mühüm rol oynayıb. Ə.Həsənovla qohumluqdan sonra onun xüsusən tikinti biznesinin xeyli böyüdüyü görünüb.
Son illərdə adı korrupsiya faktlarında daha tez-tez çəkilən, siyasi fəaliyyəti görünməyən Möhbalıyev kimi şəxslərin yenidən millət vəkili olması ehtimalı təəssüf doğurur. Belə şəxslərin əvəzinə aktiv, reputasiyası yüksək olan insanların Milli Məclisdə xalqı təmsil etməsi daha yaxşı olardı.
(Sfera.az)
Aftv.az
Ata malı kimi talanan İttifaq, satılan "Məhsul" stadionu, ailə biznesi...
Siyasət
14, avq, 2024
19:32
Son xəbərlər
Tovuzda dəhşətli yol qəzası – ölən və xəsarət alanlar qeydə alınıb
27, iyn, 2026
20:13
Məsuliyyətə cəlb olunan əməkdaşların sayı açıqlandı – General danışdı
27, iyn, 2026
20:00
Göyçayda faciədən dönüldü: kanala düşən kişi xilas olundu
27, iyn, 2026
19:50
Qanunsuz saxlanılan silah arsenalı üzə çıxdı: 9 tüfəng, 2 avtomat
27, iyn, 2026
18:10
Hökməlidə evin həyətindən kişi meyiti tapılıb
27, iyn, 2026
18:00
Abituriyentlərin diqqətinə: İkinci qəbul imtahanı ilə bağlı mühüm açıqlama
27, iyn, 2026
17:30
Bakıda xəsarət alan gənc motosikletlə qardaşının yanına getdi
27, iyn, 2026
13:30
Milli Məclis nümayəndə heyəti QDİƏT PA-nın 67-ci sessiyasına qatılacaq
27, iyn, 2026
13:25
XİN Cibutiyə rəsmi təbrik mesajı göndərdi
27, iyn, 2026
13:00
Cəlilabadda yaşayış evi yanıb
27, iyn, 2026
12:55
Hərbi xidmətdən yayınanlarla bağlı mühüm açıqlama: “Neqodnı” olanlara çağırış
27, iyn, 2026
09:43
Dünya bazarında neftin son qiyməti açıqlandı
27, iyn, 2026
09:34
Pakistanda yeraltı təkanlar qeydə alındı
27, iyn, 2026
09:30
Paytaxtda dəhşətli hadisə: gənc oğlanın meyiti həyətdə aşkarlanıb
27, iyn, 2026
09:25
Sikorskidən sərt açıqlama: Rusiya NATO-ya hücum bəhanəsi axtarır
27, iyn, 2026
09:20
Əsgərlik müddəti azaldılır? Ödənişli hərbi xidmət barədə rəsmi mövqe açıqlandı
26, iyn, 2026
21:28
Rusiya daxilində sensasion çağırış: Putinə nüvə zərbəsi təklifi
26, iyn, 2026
21:10
Prezidentdən mühüm qərar: bir qrup şəxsə general rütbəsi verildi
26, iyn, 2026
21:00
Həbsdəki iş adamı ilə bağlı yeni fakt: Dövlətə külli miqdarda borcu üzə çıxdı
26, iyn, 2026
20:00
Ağdamda qəza: Xəsarət alanlar var
26, iyn, 2026
20:00
Cəbrayıllı əsgər Lətifov Ramiz Mahmud oğlu itkin şəhid kimi xatırlanır
2, noy, 2025
21:03
Təkzib: Göygöl rayonunun Çaykənd kəndində yayılan əsassız iddialar barədə
13, sen, 2025
15:17
Otel adı altında fəaliyyət göstərən əxlaqsız yuvalar
23, iyl, 2025
15:15
DTX-nin saxladığı icra başçısı kimdir? - DOSYE
21, iyn, 2025
09:30
Şərurlu İsfəndiyar barəsində qərar verildi
23, apr, 2025
08:00