Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkisi və onun gözlənilən nəticələri, deməli, həm də parlamentin gələcək mümkün tərkibi bəzi xüsusiyyətlərilə əvvəlkilərdən fərqlənir. Məsələn, belə görünür ki, yeni parlamentdə nisbətən böyük biznes sahibi olan deputatların sayı azalacaq.
MSK-nın açıqladığı qeydə alınan deputatlığa namizədlər siyahısından, eləcə də hakim YAP-ın daha əvvəl yayımladığı partiyanın namizədlər siyahısından bəlli olur ki, əvvəlki çağırışda Milli Məclisin üzvü olmuş bəzi deputatlar bu dəfə “ya zəlzələdən, ya vəlvələdən” ümumiyətlə, seçkidə iştirak etmirlər.
Bu sıraya uzun illər Azərbaycanda siqaret monopolisti kimi tanınan Rüfət Quliyev (bitərəf), un, dəyirman biznesi olan Tahir Süleymanov (YAP), otellər, restoranlar, istirahət mərkəzləri və s. ilə məşğul olan İqbal Məmmədov(YAP), elektrotexnika satışı biznesi olan Elnur Allahverdiyev(YAP), tikinti və digər biznesləri olduğu deyilən Mahir Abbaszadə(YAP) aid edilə bilər. Bu şəxslərin hamısı qanunvericiliyə zidd olsa da, həm faktiki biznes sahibi, həm də millət vəkili idilər. Növbəti parlamentdə onları görməyəcəyik.
Ancaq bununla yanaşı, bir çox diplomatların Milli Məclisə gətiriləcəyi gözlənilir. Bu tendensiya əvvəlki parlamentlərlə müqayisədə özünü daha qabarıq göstərir. Belə ki, bu dəfə Milli Məclisdə çox böyük ehtimalla azı 4 yeni diplomatı görəcəyik. Həmin 4 nəfər peşəkar diplomatdan əlavə 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsindən namizədliyi irəli sürülən Azərbaycanın Rusiyadakı səfiri, müğənni, bəstəkar Polad Bülbüloğlunu da şərti olaraq diplomat kimi siyahıya əlavə etmək olar...
Sözügedən 4 nəfərə gəlincə, bunlar Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Baş İdarəsinin rəisi, ölkəmizin NATO-dakı keçmiş nümayəndəsi Qaya Məmmədov (31 saylı Suraxanı ikinci seçki dairəsi), Xarici İşlər Nazirliyinin Linqvistik Təminat İdarəsinin müdiri Rizvan Nəbiyev (49 saylı Abşerom ikinci seçki dairəsi), Azərbaycanın Cənubi Afrika Respublikasındakı müvəqqəti işlər vəkili Zaur Şükürov (47 saylı Sumqayıt-Abşeron-Qaradağ seçki dairəsi) və baş nazirin sabiq müavini, Xalq yazıçısı Elçin Əfəndiyevin qızı, Beynəlxalq Türk Mədəniyyət İrsi Fondunun sabiq prezidenti Günay Əfəndiyevadır (14 saylı Xəzər-Pirallahı seçki dairəsi). Əksəriyyəti kifayət qədər yüksək diplomatik vəzifə tutmuş bu şəxslərin heç birinin dairəsindən ciddi şansı olan namizəd irəli sürülməyib.
Bu, o deməkdir ki, həmin şəxslərin çox böyük ehtimalla deputat mandatı ala biləcək. Bu, həm də o deməkdir ki, növbəti parlamentdə peşəkar diplomatların sayı artacaq, biznesmenlərin sayı isə nisbətən azalacaq.
Görünür, ölkə parlamentinin beynəlxalq arenada, üzvü olduğumuz müxtəlif beynəlxalq təşkilatlarda, tədbirlərdə və s. daha keyfiyyətli şəkildə təmsil olunmasına ehtiyac yaranıb. Sabiq biznesmen-deputatlara gəlincə, Azərbaycan reallıqlarını nəzərə alsaq, onların deputat mandatlarını itirmələrinin özəl bizneslərinə mənfi təsir göstərəcəyini isə istisna etmək olmaz...(“AzPolitika.info”)
Aftv.az
BİZNESMENLƏR GEDİR, DİPLOMATLAR GƏLİR... - Parlamentdə “qüvvələr nisbəti” necə dəyişəcək?
Siyasət
12, avq, 2024
19:06
Son xəbərlər
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30
İranın hücumları ABŞ ordusunda ağır itkilərə səbəb oldu: 100-ə yaxın yaralı
21, iyl, 2026
08:00
Türkiyədə Rusiya–Ukrayna danışıqları: Güzəşt mümkün olacaq?
20, iyl, 2026
19:50
“Qızıl top”un ikiqat qalibi Kevin Kiqan vəfat edib
20, iyl, 2026
19:30
Salyanda faciəvi qəza: İki nəfər həyatını itirdi, dörd nəfər xəsarət aldı
20, iyl, 2026
19:10
Moldovada benzin ehtiyatı tükənir: Ölkənin cəmi 18 günlük yanacağı var
20, iyl, 2026
19:00
Çayxanada müştərini bıçaqlayan şəxsə hökm oxundu
10, iyl, 2026
10:20
Samur çayının su ehtiyatları ilə bağlı yekun sənəd imzalandı – FOTO
10, iyl, 2026
10:20
İndoneziya enerji sahəsində ilkə imza atdı
10, iyl, 2026
10:10
Mbappedən tarixi uğur: 44 illik rekord qırıldı
10, iyl, 2026
10:08
Azərbaycan nefti ucuzlaşıb
10, iyl, 2026
10:00
Bakıda qadına silahlı hücum: Keçmiş əri şübhəlilər arasındadır
9, iyl, 2026
17:40
Diqqət: Bakının bəzi hissələrində qaz olmayacaq
9, iyl, 2026
17:30