Türkiyə ilə Azərbaycan arasında ikitərəfli münasibətlər müzakirə ediləcək 242 30

Siyasət
10, iyn, 2024 11:36

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə iyunun 10-da Türkiyəyə səfər etməsi ehtimalı var.
Bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat verib.
Məlumata görə, Ankarada keçirilməsi gözlənilən danışıqlarda Türkiyə ilə Azərbaycan arasında ikitərəfli münasibətlər bütün aspektləri ilə nəzərdən keçirilə, əməkdaşlığın daha da dərinləşdirilməsi üçün atılacaq addımlar müzakirə oluna bilər.
Görüşlərdə ikitərəfli əlaqələrlə yanaşı, aktual regional və qlobal problemlər ətrafında fikir mübadiləsi aparılaması ehtimal edilir.
Aftv.az

Son xəbərlər