Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 4-də Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarı qəbul edib.
AZƏRTAC xəbər verir ki, görüşdə Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji sərgilərinin önəmi qeyd edilib.
Dövlətimizin başçısı 1996-cı il iyunun 4-də "Şahdəniz" yatağına dair Sazişin imzalandığını xatırlayaraq, məhz bu gün Azərbaycan Respublikası Dövlət Neft Şirkəti - SOCAR ilə Türkiyənin BOTAŞ şirkəti arasında təbii qaz təchizatı, nəqli və tranziti sahəsində bir sıra müqavilələrin imzalanmasının böyük önəm daşıdığını deyib.
Alparslan Bayraktar qeyd edib ki, Azərbaycan və Türkiyə dövlət başçılarının liderliyi ilə ölkələrimiz bir çox mühüm layihələr həyata keçiriblər və əməkdaşlığımız genişlənir. O, xüsusilə enerji sahəsinə toxunaraq, Türkiyə Petrolları (TPAO), BOTAŞ və SOCAR-ın əməkdaşlığının həm Türkiyənin daxili bazarı, həm də sənayesinin inkişafı üçün əhəmiyyətini vurğulayıb. Qonaq SOCAR-ın Türkiyədə böyük sərmayədar olduğunu deyərək, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin qardaş ölkədəki fəaliyyətini məmnunluq hissi ilə qeyd edib. O, Avropanın enerji təhlükəsizliyində Azərbaycanın roluna toxunub.
Alparslan Bayraktar ölkəmizin Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük inkişafa nail olduğunu deyərək, Azərbaycanın enerji, o cümlədən bərpaolunan enerji sahəsində də uğurlar qazandığını qeyd edib, ölkələrimizin bu istiqamətdə əməkdaşlığının bundan sonra da genişlənəcəyinə əminliyini bildirib.
Qonaq Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə ötən il Naxçıvanda Azərbaycanda və Türkiyədə bərpaolunan enerji mənbələrindən istehsal edilən elektrik enerjisinin ötürülməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanmasının və İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulmasının önəmini bir daha qeyd edib və bu layihənin 2024-cü ildə yekunlaşacağına ümidvar olduğunu deyib.
Dövlətimizin başçısı Türkiyə prezidentinin bugünkü tədbirlə bağlı məktubuna görə minnətdarlığını bildirib.
Prezident İlham Əliyev İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulmasından qısa müddət sonra Naxçıvanda boru kəmərinin hazır vəziyyətdə olacağını məmnunluqla qeyd edib. Dövlətimizin başçısı bu layihənin Naxçıvanın elektrik enerjisi istehsalı və təbii qazla təchizatı baxımından çox önəmli layihə olduğunu deyib.
Enerji sahəsində əməkdaşlığımızın geniş gündəliyə malik olduğunu qeyd edən Azərbaycan Prezidenti bu gündəliyin təbii qaz, neft, bərpaolunan enerji növləri, Türk Petrollarının SOCAR ilə birlikdə başqa ölkələrdə birgə fəaliyyəti və digər sahələri əhatə etdiyini vurğulayıb.
Ölkələrimiz arasında enerji sahəsində nəhəng layihələrin həyata keçirildiyini deyən dövlətimizin başçısı Azərbaycan-Türkiyə birliyinin bütün sahələrdə olduğu kimi, enerji məsələsində də özünü göstərdiyini qeyd edib.
Prezident İlham Əliyev hazırda Azərbaycan təbii qazının Türkiyə ərazisindən səkkiz ölkəyə ixrac edilməsinin əhəmiyyətinə toxunub və bu sahədə əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyinə əminliyini bildirib.
Aftv.az
Prezident İlham Əliyev Türkiyənin energetika və təbii sərvətlər nazirini qəbul edib
Siyasət
4, iyn, 2024
18:24
Son xəbərlər
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30
İranın hücumları ABŞ ordusunda ağır itkilərə səbəb oldu: 100-ə yaxın yaralı
21, iyl, 2026
08:00
Türkiyədə Rusiya–Ukrayna danışıqları: Güzəşt mümkün olacaq?
20, iyl, 2026
19:50
“Qızıl top”un ikiqat qalibi Kevin Kiqan vəfat edib
20, iyl, 2026
19:30
Salyanda faciəvi qəza: İki nəfər həyatını itirdi, dörd nəfər xəsarət aldı
20, iyl, 2026
19:10
Moldovada benzin ehtiyatı tükənir: Ölkənin cəmi 18 günlük yanacağı var
20, iyl, 2026
19:00
Çayxanada müştərini bıçaqlayan şəxsə hökm oxundu
10, iyl, 2026
10:20
Samur çayının su ehtiyatları ilə bağlı yekun sənəd imzalandı – FOTO
10, iyl, 2026
10:20
İndoneziya enerji sahəsində ilkə imza atdı
10, iyl, 2026
10:10
Mbappedən tarixi uğur: 44 illik rekord qırıldı
10, iyl, 2026
10:08
Azərbaycan nefti ucuzlaşıb
10, iyl, 2026
10:00
Bakıda qadına silahlı hücum: Keçmiş əri şübhəlilər arasındadır
9, iyl, 2026
17:40
Diqqət: Bakının bəzi hissələrində qaz olmayacaq
9, iyl, 2026
17:30