Heydər Əliyev Mərkəzində bu gündən daha bir layihə çərçivəsində möhtəşəm heykəltəraşlıq nümunələri sərgilənməyə başlayır. Mayın 23-də Mərkəzdə italiyalı heykəltəraş Canfranko Megiatonun fərdi sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, oktyabrın 26-dək davam edəcək "Görünməyənin cizgiləri" adlı sərgidə müəllifin 40-dək əsəri nümayiş olunur.
Açılış mərasimindən əvvəl heykəltəraş Canfranko Megiato jurnalistlərə açıqlamasında əsərlərinin Heydər Əliyev Mərkəzində nümayiş etdirilməsindən məmnunluq hissi keçirdiyini deyib. Heykəltəraş buranın onun üçün sonsuzluq ifadə etdiyini qeyd edib. O, bəzi əsərlərində Mərkəzin binasından da ilhamlandığını bildirib.
"Əsərlərimin məhz bu məkanda sərgilənməsi mənim üçün bir stimul oldu. Həmçinin qeyd etmək istəyirəm ki, ekspozisiyada yer alan əsərlərin 19-u ictimaiyyətə ilk dəfə təqdim olunur", - deyə Canfranko Megiato əlavə edib.
Heykəltəraşın sözlərinə görə, Azərbaycan öz milli-mənəvi dəyərlərini Avropadan fərqli olaraq qoruyur və gələcəkdə də qoruyub saxlayacaq.
Bakı sərgisi üçün hazırlanmış əsərlər sırasında "Cücərmə" ("Germination"), "Kvant nəfəsi" ("Quantum Breath"), "Mistral" ("Mistral"), "Elm və bilik" ("Science and Knowledge"), "Oyanış" ("Awakening"), "Yaradılış" ("Creation") və digərləri izləyicilərdə böyük maraq yaradacaq.
Ekspozisiya Mərkəzin park ərazisində, foye və sərgi zalında qurulub. Mərkəzin qarşısında yer alan 6 metr hündürlükdə olan "Cücərmə" ("Germination") adlı əsər isə xüsusi məna daşıyır. Əsər "biz hamımız bir ağacın yarpaqlarıyıq, bir orqanizmin hüceyrələriyik, bir varlığın hissələriyik. Bəşəriyyət ikili yanaşmanı aradan qaldırmaq üçün birlik və qardaşlığın bu konsepsiyalarını qəbul etməyincə, nə sülh, nə də mənsub olduğumuz ətraf mühitə hörmət olacaq", - ideyasını çatdırır.
Tədbiri açan Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov diqqətə çatdırıb ki, Mərkəzdə uzun müddətdir bir çox heykəltəraşların əsərləri təqdim edilib. O, bugünkü sərgidə yer alan əsərlərin ziyarətçilərdə böyük maraq doğuracağını deyib və sərginin ərsəyə gəlməsində əməyi keçənlərə, xüsusən cənab Megiatonun bu işə həssasla yanaşdığına görə təşəkkürünü bildirib.
Xalq rəssamı Fərhad Xəlilov sərginin Heydər Əliyev Mərkəzinin binası ilə unikal uyğunluq yaratdığını söyləyib. "İtaliya sözü səslənəndə bir çox insanın qəlbində gözəl, isti hisslər yaranır. Hesab edirəm ki, bizim doğma, oxşar hisslərimiz var", - deyə Xalq rəssamı qeyd edib.
İtaliyanın Roma şəhərində Kolizey Arxeoloji Parkı Direktorlar Şurasının üzvü Alberto Samona bildirib ki, əsərləri seyr edəndə sanki gözə görünməyən hissə ilə əlaqə qurulur: "Bütün sərhədləri aşaraq materiyanın özlüyündə hiss etmək imkanı yaranır. Nəzərə alsaq ki, materiya öz-özündə enerjini ehtiva edən bir məfhumdur, çoxtərəflikdən gəlib vahid bir məfhuma çıxırıq. Təbii bir haldır ki, bu məhz Bakıda baş verir. Əgər şəhərin tarixinə baxsaq, onun adına nəzər salsaq, bunun bizi kainata bağlayan bir məfhum olduğunu görə bilərik. Bütün bunlar burada əsən küləkdə, hər bir nəfəsdə duyulur. Canfrankonun əsərində görünməyən görünənə çevrilir. Enerji, ruh materiya formasını alır. Beləliklə, bizim hamımızın qarşısında yeni fürsətlər açılır. Biz hamımız vahid bir yerə toplaşmaq imkanı əldə edirik", - deyə A.Samona əlavə edib.
İtaliyalı heykəltəraş Canfranko Megiato öz növbəsində deyib: "Hesab edirəm ki, belə bir xüsusi əhəmiyyətə malik olan Mərkəzə təşrif buyurmuş hər hansı bir heykəltəraş insanpərvərlik mövqeyindən çıxış etməlidir. Mən bu və ya digər məkanlara sərgi məqsədilə getdiyim zaman düşünürəm ki, həmin mərkəzin hansı yerində əsərlərim sərgilənəcək və müşahidələr hansı şəkildə onlarla əlaqə yaradacaq. Bu möhtəşəm Mərkəzdə bütün bu əsərləri müvafiq yerlərə yerləşdirmək bizim qarşımıza duran böyük bir vəzifə idi. Düşünürəm ki, biz bunun öhdəsindən uğurla gəldik".
Canfranko Megiato müasir incəsənət sahəsində dünyanın məşhur platforması kimi qəbul edilən Beynəlxalq İncəsənət Sərgisi - Biennalenin vətəni olan Venesiyada 1963-cü ildə dünyaya göz açıb. O, elə burada Dövlət İncəsənət İnstitutunda heykəltəraşlıq üzrə təhsil alıb. Megiato 16 yaşından əsərlərini sərgiləməyə başlayıb. Rəssam heykəllərinə elə quruluş verir ki, həmin əsərlər özünü və zəngin daxili dünyasını dərk etməyə çalışan insanın keşməkeşli yolunu təcəssüm etdirir.
Heykəltəraşın əsərləri vətəni İtaliya ilə yanaşı, ABŞ, Almaniya, Avstraliya, Avstriya, Belçika, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Çin, Danimarka, Fransa, Hindistan, İsveçrə, İspaniya, Küveyt, Monako, Niderland, Portuqaliya, Rusiya, Sinqapur, Ukrayna və digər ölkələrdə sərgilənib. Onun heykəltəraşlıq nümunələri müxtəlif ölkələrin əlamətdar məkanlarını bəzəyir. Canfranko Megiatonun əsərlərindən səhnə tərtibatında da istifadə edilir. Vaxtı ilə İtaliyanın Skolasium arxeoloji parkında səhnələşdirilmiş Bizenin "Karmen" operasındakı dekorasiyalar Canfranko Megiatonun müəllifi olduğu heykəllərdən qurulmuşdu. Rəssam heykəltəraşlıq instalyasiyalarında möhtəşəm ifaedici gücə və estetik dəyərə malik olan qədimlik və müasirliyin mahircəsinə birləşdirilməsinə görə ICOMOS/UNESCO mükafatına layiq görülüb.
Aftv.az
Heydər Əliyev Mərkəzində "Görünməyənin cizgiləri" sərgisi açılıb
Siyasət
24, may, 2024
10:13
Son xəbərlər
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30
İranın hücumları ABŞ ordusunda ağır itkilərə səbəb oldu: 100-ə yaxın yaralı
21, iyl, 2026
08:00
Türkiyədə Rusiya–Ukrayna danışıqları: Güzəşt mümkün olacaq?
20, iyl, 2026
19:50
“Qızıl top”un ikiqat qalibi Kevin Kiqan vəfat edib
20, iyl, 2026
19:30
Salyanda faciəvi qəza: İki nəfər həyatını itirdi, dörd nəfər xəsarət aldı
20, iyl, 2026
19:10
Moldovada benzin ehtiyatı tükənir: Ölkənin cəmi 18 günlük yanacağı var
20, iyl, 2026
19:00
Çayxanada müştərini bıçaqlayan şəxsə hökm oxundu
10, iyl, 2026
10:20
Samur çayının su ehtiyatları ilə bağlı yekun sənəd imzalandı – FOTO
10, iyl, 2026
10:20
İndoneziya enerji sahəsində ilkə imza atdı
10, iyl, 2026
10:10
Mbappedən tarixi uğur: 44 illik rekord qırıldı
10, iyl, 2026
10:08
Azərbaycan nefti ucuzlaşıb
10, iyl, 2026
10:00
Bakıda qadına silahlı hücum: Keçmiş əri şübhəlilər arasındadır
9, iyl, 2026
17:40
Diqqət: Bakının bəzi hissələrində qaz olmayacaq
9, iyl, 2026
17:30