Prezident: “Şərq-Qərb və əks istiqamətdə daha böyük həcmdə yüklərin daşınması münasibətlərimizi gücləndirəcək”

Siyasət
8, may, 2024 15:38

“Azərbaycanın sərmayəsi sayəsində Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirilməsi bir neçə gün bundan əvvəl tam başa çatıb”.
AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev mayın 8-də Bolqarıstan Prezidenti Rumen Radev ilə mətbuata bəyanatında deyib.
Bu dəmir yolunun ötürmə qabiliyyətinin bir neçə dəfə artırıldığını vurğulayan dövlətimizin başçısı qeyd edib:
“Vaxtilə Azərbaycan tərəfindən təşəbbüs kimi irəli sürülmüş bu layihə bu gün imkanları genişləndirilmiş şəkildə Orta Dəhlizin önəmli seqmenti kimi mühüm rol oynayacaq. Həm Şərq-Qərb istiqaməti üzrə və əks istiqamət üzrə daha böyük həcmdə yüklərin daşınması bizim münasibətlərimizi daha da gücləndirəcək”.
Aftv.az

Son xəbərlər