İran XİN: “Azərbaycanla Ermənistanın delimitasiya ilə bağlı qərarına hörmətlə yanaşırıq”

Siyasət
23, apr, 2024 13:08

“Rəsmi Tehran Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası komissiyasının iclasında əldə olunmuş razılaşmalara hörmətlə yanaşır”.
Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani aprelin 23-də jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, Azərbaycan və Ermənistanın bir-birinin suverenliyi, ərazi bütövlüyünə qarşılıqlı hörmət çərçivəsində sülh yolu ilə sərhəd məsələlərinin həlli istiqamətində səylərini davam etdirməsi, davamlı sülh və sabitliyin Cənubi Qafqazda bərqərar olması üçün zəruridir.
Mənbə: ISNA
Aftv.az 

Son xəbərlər