“Rəqəmsal transformasiya hər bir iqtisadiyyat, o cümlədən indi yerli generativ süni intellekt hazırlayan Azərbaycan üçün vacibdir”.
“Report” xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Çinin CGTN telekanalına müsahibəsində bildirib.
“Analoji süni intellekt həlləri aparıcı “blue chips” şirkətlər - həm dövlət, həm də özəl sektorun şirkətləri tərəfindən tətbiq edilir. Bu, hər şeyin işıq sürəti ilə dəyişdiyi bir məkandır, ona görə də düşünürəm ki, bu sahəyə investisiyalar davam edəcək. Həmçinin, təhsil və iqtisadiyyat arasında düzgün körpünün təmin edilməsi baxımından maarifləndirmənin artırılması zəruridir. İnsan kapitalı haqqında məlumat təkcə yarışda qalmaq üçün deyil, həm də onun ölkənin iqtisadi inkişafına və rifahına müsbət təsir göstərməsindən əmin olmaq üçün zəruri elementdir”, - nazir deyib.
Onun sözlərinə görə, Azərbaycan MDB məkanında və regionda IV Sənaye İnqilabının Təhlili və Koordinasiyası Mərkəzini (4SİM) yaradan ilk ölkə olub ki, bu mərkəz digər özəl, dövlət və hökumət qurumları ilə birgə, xüsusən iqtisadiyyatda, eləcə də Azərbaycanın digər sahələrində rəqəmsallaşmanın sürətinin artırılması prosesinə rəhbərlik edir.
Qeyd edək ki, generativ süni intellekt sənaye avtomatlaşdırılmasını təkmilləşdirə, yeni proqram kodu hazırlaya və video, audio, şəkillərin və daha çox şeylərin avtomatik sintezi vasitəsilə nəqliyyat təhlükəsizliyini artıra bilər. Bu təşəbbüs Azərbaycan dilində səlis danışan və Azərbaycan kontentinə malik süni intellekt platformalarının inkişafını stimullaşdırmaq məqsədi daşıyır.
Analitiklər süni intellekt bazarının ölçüsü ilə bağlı müxtəlif təxminlərə malikdirlər.
“MarketsandMarkets”in ən mühafizəkar hesablamalarına görə, 2023-cü ildə qlobal süni intellekt bazarının həcmi 150,2 milyard ABŞ dolları təşkil edib. “Next Move Strategy Consulting” qlobal süni intellekt bazarının 200 milyard ABŞ dollardan çox olduğunu təxmin edir. Ən optimist məlumatlar Hindistanın “Fortune Business Insights” konsaltinq şirkətindədir. Onun proqnozlarına görə, 2030-cu ilədək süni intellekt bazarı 2023-cü ildəki 515,31 milyard ABŞ dollarından 2 trilyon ABŞ dollarına qədər artacaq. Eyni zamanda, analitiklərin fikrincə, orta illik artım tempi 21,6-36,8% təşkil edəcək. “Goldman Sachs”ın proqnozuna görə, növbəti 10 il ərzində süni intellekt texnologiyalarının iqtisadi təsiri qlobal miqyasda 7 trilyon ABŞ dollarına çata bilər.
Aftv.az
Mikayıl Cabbarov: “Azərbaycanda yerli generativ süni intellekt hazırlanır”
Siyasət
26, mar, 2024
14:07
Son xəbərlər
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30
İranın hücumları ABŞ ordusunda ağır itkilərə səbəb oldu: 100-ə yaxın yaralı
21, iyl, 2026
08:00
Türkiyədə Rusiya–Ukrayna danışıqları: Güzəşt mümkün olacaq?
20, iyl, 2026
19:50
“Qızıl top”un ikiqat qalibi Kevin Kiqan vəfat edib
20, iyl, 2026
19:30
Salyanda faciəvi qəza: İki nəfər həyatını itirdi, dörd nəfər xəsarət aldı
20, iyl, 2026
19:10
Moldovada benzin ehtiyatı tükənir: Ölkənin cəmi 18 günlük yanacağı var
20, iyl, 2026
19:00
Çayxanada müştərini bıçaqlayan şəxsə hökm oxundu
10, iyl, 2026
10:20
Samur çayının su ehtiyatları ilə bağlı yekun sənəd imzalandı – FOTO
10, iyl, 2026
10:20
İndoneziya enerji sahəsində ilkə imza atdı
10, iyl, 2026
10:10
Mbappedən tarixi uğur: 44 illik rekord qırıldı
10, iyl, 2026
10:08
Azərbaycan nefti ucuzlaşıb
10, iyl, 2026
10:00
Bakıda qadına silahlı hücum: Keçmiş əri şübhəlilər arasındadır
9, iyl, 2026
17:40
Diqqət: Bakının bəzi hissələrində qaz olmayacaq
9, iyl, 2026
17:30