Oqtay Şirəliyev sabiq müavininə vəzifə verdi

Səhiyyə
13, mar, 2024 15:39

“Respublika Diaqnostika Mərkəzi” ASC-nin direktoru Oqtay Şirəliyev səhiyyə nazirinin sabiq müavininə vəzifə verib. 
“Qaynarinfo”nun əldə etdiyi məlumata görə, Oqtay Şirəliyevin müvafiq əmri ilə Viktor Qasımov “Respublika Diaqnostika Mərkəzi” ASC-nin ümumi şöbəsinin müdiri və direktorun köməkçisi təyin edilib. 
Viktor Qasımov saytımıza açıqlamasında xəbəri təsdiqləyib: 
“Təqaüddəyəm. Həm də tibb sahəsində - “Respublika Diaqnostika Mərkəzi” ASC-də fəaliyyətimi davam etdirirəm”. 
Qeyd edək ki, Oqtay Şirəliyev 2005-2021-ci illər səhiyyə naziri olub. Viktor Qasımov isə 2020-2022-ci illərdə nazir müavini vəzifəsini tutub.
Aftv.az

Son xəbərlər