"Kəpəz Hospital"da nevroloq Könül Hacıyevanın jurnalist Nailə Balayevanın xəstə anasına baxmaqdan imtina etməsi neçə gündür sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.
Qeyd edək ki, bu haqda jurnalist N.Balayeva yazıb. O bildirib ki, yaşlı anası ATV-nin efirində yayımlanan "Bizimləsən" verilişində çıxış edən K.Hacıyevanı bəyənib və onun yanında müayinə olunmaq istəyib. Bundan əvvəl anasını kifayət qədər savadlı həkimlərin yanına apardığını deyən jurnalistin sözlərinə görə, TV-lərdə reklam olunan həkimlərə özü inanmasa da, anasının sözünü yerə salmamaq üçün K.Hacıyevaya müraciət etmək qərarına gəlib. Lakin "Kəpəz Hospital"ın qapısından girən kimi, heç bir həkim dinləməsi olmadan yaşlı qadının EEG müayinəsindən keçməli olduğu deyilib. Bunu da onlara həkimin köməkçisi bildirib: "Mənim "həkim bir pasiyenti müayinə edər sonra aparata göndərər" kimi dəlillərim də bu asistentin ürəyini yumşaltmadı. 75 manat EEG aparatı və 85 manat həkim qəbuluna (160 manat) öncədən vəsait keçirəndən sonra anamı növbəyə aldılar. EEG edib əlimizə bir rapor olan kağız verdilər. Köməkçidən soruşdum ki, bəs bu raporu kim yazıb, niyə imzası yoxdur? Xanım bu sualımdan çox narazı qaldı. Girdim EEG həkiminə sənədi imzalatdım. Onda da Könül Hacıyavanın qəzəbinə gəldim. Bilmirəm bu imza nə məsələ idisə, hamı təşvişə düşdü. Həkim dedi ki, mən sizin ananızı qəbul etməyəcəm. Sonra da əlavə etdi ki, mən polkovnikəm, indi polis çağırıb sizi ona təhvil verəcəm".
Xəstəxananın mühafizəçisi də həkimin sözü ilə N.Balayevaya təzyiq göstərib. Jurnalistin guya həkimin gizli fotosunu çəkdiyini deyərək ondan telefonunu açıb fotonu silməsini tələb edib: "Könül Hacıyevanın fotoları internetdə dolu olduğu bir halda mən niyə fotosunu gizli çəkməliyəm? Həkimin təhdidləri, köməkçinin təhqirlərindən sonra 102-yə müraciət etməli oldum. Ümid qalır polisə. Görək bu polkovnik rütbəli nevroloq Könül Hacıyevanın gücü nədədir ki, xəstə yaxınlarını qorxmadan təhdid edir və xəstələrə sənə baxmıram deyib etinasızlıq göstərir?!"
Bəs "Kəpəz Hospital"da belə bir vəziyyətin yaranması nədən qaynaqlanır? Kimdir bu klinikanın sahibi? Orada xəstələrə, xəstə yaxınlarına qarşı belə arzuolunmaz hallar yaşanması haqda məlumatı varmı?
AFN.az-ın apardığı kiçik bir araşdırmadan sonra məlum oldu ki, "Kəpəz Hospital" sabiq deputat Mahir Aslanova məxsusdur. Bu barədə saytımızı məlumatlandıran mənbə onu da qeyd etdi ki, Naftalanda yerləşən "Kəpəz" sanatoriyası da M.Aslanovun sahibkarlığı altında fəaliyyət göstərir. Onu da qeyd edək ki, sabiq deputatın "Kəpəz" brendi altında bir çox sahələrdə biznesi var. Bura tikinti, mebel, turizm və s. aiddir.
Bütün qeyd edilənlərlə bağlı "Kəpəz Hospital"dan mövqe öyrənmək istəsək də, klinikadan bizə verilən və səlahiyyətli şəxsə aid olduğu deyilən nömrəyə zəng çatmadı. Hər bir halda, qarşı tərəfin mövqeyini verməyə hazırıq.
Aftv.az
"Kəpəz Hospital" görün kimə məxsus imiş - Könül Hacıyeva burada "at oynadır"
Səhiyyə
19, fev, 2024
18:14
Son xəbərlər
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30
İranın hücumları ABŞ ordusunda ağır itkilərə səbəb oldu: 100-ə yaxın yaralı
21, iyl, 2026
08:00
Türkiyədə Rusiya–Ukrayna danışıqları: Güzəşt mümkün olacaq?
20, iyl, 2026
19:50
“Qızıl top”un ikiqat qalibi Kevin Kiqan vəfat edib
20, iyl, 2026
19:30
Salyanda faciəvi qəza: İki nəfər həyatını itirdi, dörd nəfər xəsarət aldı
20, iyl, 2026
19:10
Moldovada benzin ehtiyatı tükənir: Ölkənin cəmi 18 günlük yanacağı var
20, iyl, 2026
19:00
Çayxanada müştərini bıçaqlayan şəxsə hökm oxundu
10, iyl, 2026
10:20
Samur çayının su ehtiyatları ilə bağlı yekun sənəd imzalandı – FOTO
10, iyl, 2026
10:20
İndoneziya enerji sahəsində ilkə imza atdı
10, iyl, 2026
10:10
Mbappedən tarixi uğur: 44 illik rekord qırıldı
10, iyl, 2026
10:08
Azərbaycan nefti ucuzlaşıb
10, iyl, 2026
10:00
Bakıda qadına silahlı hücum: Keçmiş əri şübhəlilər arasındadır
9, iyl, 2026
17:40
Diqqət: Bakının bəzi hissələrində qaz olmayacaq
9, iyl, 2026
17:30
XİN-in kollektivi Zəfər parkı və Zəfər abidəsini ziyarət edib - FOTO
9, iyl, 2026
12:30